çərşənbə günü, 14 oktyabr 2026
     

Dünya ölkələri İkinci Dünya müharibəsindən sonra ən yüksək borclanma həddində - Azərbaycan bu cəhətdən də fərqləndi

Image


Koronavirus pandemiyasının dünya üçün yaratdığı təhdidlərdən biri də borc bataqlığı oldu. Belə görünür ki, dünya ölkələrinin böyük əksəriyyəti üçün borc məsələsi ciddi problemə çevriləcək. Özü də əsas etibarı ilə iqtisadiyyatı inkişaf edən ölkələrin borcunun artması proqnozlaşdırılır.

Qeyd edilən xüsusda “The Wall Street Journal” nəşri Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına istinadən yazır ki, ən böyük iqtisadiyyata malik ölkələr koronavirus pandemiyası səbəbilə rekord həddə borclanıb. Bildirilir ki, bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək göstəricidir. Məlumata görə, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə 2020-ci ilin iyul ayında dövlət borcu dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 128 faizinə bərabər olub. 1946-cı ildə bu göstərici 124 faiz təşkil edib. Sabiq ABŞ prezidenti Corc Buşun vaxtında İqtisadi Şuranın rəhbəri olan Qlenn Habbard hökumətlərin borc artımından narahatlığını dilə gətirib. O, virusun yayılma sürətinə nəzarət edilməsinin vacibliyini vurğulayaraq, müharibə vaxtı ilə müqayisənin tamamilə doğru olduğunu qeyd edib. İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc səviyyələrini tez bir zamanda azaltmağı bacardılar. 1959-cu ilə qədər ÜDM borcu ikiqat az aşağı düşdü. Ancaq bu dəfə belə nəticələr əldə etmək daha çətin olacaq. Bunun əsas səbəbi əhali artımının, işçi qüvvəsinin və məhsuldarlığın azalmasıdır.

Hazırda borc probleminin Qərb ölkələrində özünü daha qabarıq büruzə verməsi aydın görünür. Məsələn, ilin ilk yarısında koronavirus pandemiyasının təsiri ilə Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 81,5%-ə yüksəlib. Hesabat dövründə Avrozonada isə dövlət borcunun ÜDM-yə nisbəti 2,2% bəndi artaraq 86,3%-ə çatıb. Məlumata görə, eyni dövrdə Aİ ölkələri arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr Yunanıstan (176,7%), İtaliya (137,6%) olub. Ən böyük iqtisadiyyata malik ABŞ-ın dövlət borcu rekord həddə, 26 trilyon dollara çatıb. Donald Tramp Ağ Evə rəhbərlik etdiyi andan bəri dövlət borcu 6 trilyon dollar artıb. Çin, Kanada, Yaponiya və digər böyük iqtisadiyyata malik ölkələrdə də borc artımı qeydə alınır. Özü də bunlar son hədd deyil. Beynəlxalq Valyuta Fondu bildirir ki, 2020-ci ildə dünya ölkələrinin məcmu dövlət borcu ÜDM-nin 101,5 faizini təşkil edərək indiyədək görünməmiş həddə çatacaq. Dövlət borcları ilə bağlı hazırkı vəziyyət daha çox koronavirus pandemiyasının iqtisadi fəsadlarını yumşaltmaq üçün dünya boyu hökumətlər tərəfindən bütövlükdə 11 trilyon dollar həcmində görülmüş maliyyə tədbirlərinin nəticəsidir. Bununla da dünyada məcmu dövlət borcunun İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatdığı qeyd olunur. Beynəlxalq Valyuta Fondunun qənaətincə, hazırkı vəziyyətdə irimiqyaslı maliyyə tədbirləri səhiyyənin imkanlarını artırmaq, ev təsərrüfatlarının məhrum olduqları gəlirlərinin əvəzini vermək, irimiqyaslı müflisləşmə hallarının qarşısını almaq üçün zəruri addımdır. Eyni zamanda, 2021-ci ildə gözlənilən aşağı faiz dərəcələri, iqtisadiyyatın davamlı dirçəlməsi sayəsində, ABŞ və Çindən başqa, bütün ölkələrdə dövlət borcu həcminin sabitləşəcəyi ehtimalı irəli sürülüb. Bundan başqa o da məlumdur ki, 2020-ci ildə dünyanın aparıcı şirkətlərinin borcu koronavirus pandemiyası səbəbindən 1 trilyon dollar artacaq. Dünyanın 900 ən böyük şirkətindəki iş vəziyyətini əhatə edən araşdırmanın nəticələrinə görə, qlobal korporativ borc pandemiya ilə əlaqədar 12% artaraq təqribən 9,3 trlyon dollar təşkil edəcək. Hazırda bu borcun, demək olar yarısı, yəni 3,9 trilyon dolları son beş ildə borcları yüksək sürətli artan ABŞ şirkətlərinin payına düşür. Reytinqdə bu göstəriciyə görə amerikalıların ardınca Almaniya şirkətləri gəlir, onların borcu  762 milyard dollardır. Hesab edilir ki, indiki şəraitdə ehtiyatlı borc siyasəti həyata keçirən ölkələr daha az problemlə üzləşəcək. Belə ölkələrdən biri də Azərbaycandır. Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır. Cari il iyunun sonuna dövlət borcunun 15 milyard 232,5 milyon manatı xarici dövlət borcu, 1 milyard  450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur. Yəni Azərbaycan xarici borcu artıq daxili borcla əvəzləyir. Bu da Azərbaycana mühüm üstünlüklər qazandırır. Belə ki, daxili borc manatla götürülür və onun qaytarılması daha asandır. Hazırda dövlət borcunun ümumi daxili məhsula nisbəti 24,5%-dir və bu da ən aşağı göstəricilərdəndir. Dövlət borcu strategiyasında 2025-ci ildə dövlət borcunun ümumi daxili məhsula nisbətinin 12%-ə endirilməsi nəzərdə tutulur. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin əsas üstünlüyüdü. Belə ki, ölkə 52 milyard dollar həcmində valyuta ehtiyatlarına sahibdir. Halbuki, xarici borcun miqdarı cəmi 8,7 milyard dollardır. Hesablamalar da göstərir ki, bu ilin yanvar-iyun ayları ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda deyilir ki, 2020-ci ilin birinci yarımilliyinin sonuna ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edib. Strateji ehtiyatlar manatla pul kütləsini 5 dəfə üstələyib. Bu da Azərbaycana yeni manevr imkanları qazandırır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ