çərşənbə günü, 14 oktyabr 2026
     

Azərbaycanda da dolların sabitliyi sona çatır, ABŞ valyutası kəskin ucuzlaşacaq

Image


Uzun müddətdir Azərbaycanda dolların məzənnəsi Mərkəzi Bank tərəfindən sabit saxlanır. Lakin dünya iqtoisadiyyatında baş verənlər Azərbaycanın da tədricən dolların məzənnəsini aşağı salmağa məcbur olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, ABŞ iqtisadiyyatında yaşananlar, bəzi ölkələrin dollara qarşı məqsədyönlü siyasəti artıq öz nəticələrini verir. Xüsusən də Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İran, Venesuela və digərlərinin addımı dollara getdikcə daha çox təsir edir.

Hazırda bir çox ölkələrin ticarəti avro və yuan üzərindən aparması, milli valyutalara tədricən xüsusi diqqət yetirməsi dolların ticarətda payını azaldır. Bu durumda ABŞ-ın da durmadan dövriyyəyə yeni dollar kütləsi daxil etməsi Amerika valyutası üçün təhdidləri daha da artırır. Baş verənlərlə bağlı rus ekspert  Natalya Dembinskaya da dolları çətin günlər gözlədiyini qeyd edir:“Moskva və Pekin Amerika valyutasından uzaqlaşmağa davam edir. Belə ki, Rusiya və Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı minimuma enib, milli valyutaların payı isə maksimuma qalxıb. İqtisadçılar əmindirlər ki, sonda hər şey "maliyyə alyansı" ilə bitəcək. Elə bir alyans ki, orada Amerika valyutasına ümumiyyətlə yer olmayacaq. İnvestorlar da dollardan uzaqlaşır və sərmayəni qızıla qoyurlar. Rusiya ilə Çin arasında ticarət əməliyyatları üzrə hesablaşmalarda dolların payı tarixdə ilk dəfə olaraq 50 faizdən 46 faizə enib. İndi avronun payına 30 faiz, milli valyutalar olan rubl və yuanın payına – 24 faiz düşür. Bu dəyişiklik Rusiya iqtisadiyyatının dedollarizasiyası və onun ABŞ-ın yeni sanksiyaları qarşısında dayanıqlığının artırılması strategiyasının bir hissəsidir.

Son illərdə Moskva və Pekin dolları ikitərəfli ticarətdən planlı şəkildə çıxarır. Hələ 2014-cü ildə tərəflər 150 milyard yuanlıq və ya 24,5 milyard dollarlıq üçillik svop sazişi imzalayıb. Saziş açıq bazarda milli valyuta satın almağa ehtiyac olmadan valyutalara qarşılıqlı çıxış imkanını açır. 2015-ci ildə əməliyyatların təxminən 90 faizi dollarla həyata keçirilib. Amma artıq 2019-cu ildə bu rəqəm 51 faiz idi. Indi də 46 faizə düşüb və azalmaqda davam edəcək. Rusiyanın neft nəhəngi "Rosneft" isə bütün ixrac müqavilələrini avroya köçürüb. "Nikkei Asian Review" nəşri qeyd edir ki, Rusiya-Çin "dedollarizasiyası", demək olar ki, Amerika valyutasının iştirakı olmadan "maliyyə alyansını" formalaşdıra biləcək "sıçrayış anına" yaxınlaşır. Rusiya və Çinin güclənməsi dollara olan tələbatın azalmasının əsas səbəblərindən biridir. Lakin yeganə səbəb deyil. Aparıcı investisiya banklarının dediyi kimi, ABŞ valyutasına “çuxuru” Federal Ehtiyat Sistemi özü qazır”. Ekspert fikrini onunla əsaslandırır ki, iqtisadiyyatı dəstəkləmək üçün Federal Ehtiyat Sistemi faiz dərəcəsini sıfıra endirib və çap maşınını işə salıb:“Koronavirus böhranının başlanğıcından bəri Federal Ehtiyat Sistemi bazarlara təxminən altı trilyon dollar buraxıb. Maliyyəçilər "tarixi təcrübə"dən danışırlar: çap maşını tam gücü ilə işləyir və ölkəni heç nə ilə təmin edilməmiş nağd pulla doldurur. Və bu yavaş-yavaş dolları öldürür. Amerika valyutasının indeksi durmadan azalır, dövlət istiqrazlarının gəlirliliyi isə aşağı düşür. Apreldən etibarən dollar altı əsas valyuta səbətinə nisbətən 10 faizini itirib.

ABŞ-ın ən böyük banklarından olan "Goldman Sachs" təxmin edib ki, çap maşını Federal Ehtiyat Sisteminin balansını artıq 2,8 trilyon dollar səviyyəsində şişirdib. İnvestorlar dollar aktivlərindən çıxır və pulu qızıla köçürürlər. Və bu, dövlət istiqrazları üzrə dərəcələrin aşağı olması fonunda baş verir: ABŞ qiymətli kağızlarının real gəlirliliyi sıfırdadır. Beynəlxalq Valyuta Fondu (BVF) avqust hesabatında risqlər barədə xəbərdarlıq edib. Böhranla mübarizə üçün çap olunmuş trilyonlarla dollar və çox aşağı dərəcələr ehtiyat valyutasını sarsıdır: investorlar ABŞ-ın dövlət borcundan qaçır”. Bu arada BVF-nin keçmiş direktor müavini Ju Min hesab edir ki, Konqresin ən azı bir trilyon dollar təşkil edəcək yeni maliyyə yardım paketi əsl böhrana səbəb olacaq. Onun sözlərinə görə, dolları investorların etimadından məhrum edəcək "partlayış" baş verə bilər. O izah edib ki, borc içində olan iri şirkətlər müflisləşməyə başlayarsa, belə bir partlayış baş verəcək. Araşdırmalar da göstərir ki, 2008-ci ilin maliyyə böhranından sonra korporativ sektor daha da zəifləyib, aşağı faiz dərəcələri isə ona borcların həcmini kəskin şəkildə artırmağa imkan verib. Amerika iqtisadiyyatı üzərində federal hökumətin 26 trilyon dollarlıq borcu əmələ gəlib. Məhşur UBS bankında hesab edirlər ki, bu, son nəticədə dolları vuracaq. UBS bankının strateqi Tomas Fluri bildirib:"Uzunmüddətli perspektivdə dövlət borcunun artımı, ehtimal ki, Amerika valyutasına təsir edəcək". "Morgan Stanley" investisiya bankının Asiya bölməsinin keçmiş rəhbəri Stiven Rouç isə hesab edir ki, dollar hələ də "qeyri-məhdud imtiyazlardan" istifadə edir, lakin onun dövrü sona çatır. Maliyyəçi proqnozlaşdırır ki, Amerika valyutası 2021-ci ildə üçdə biri qədər dəyərsizləşə bilər. Buna əhalinin əmanətlərinin kəskin şəkildə azalması və ABŞ-ın əsas ticarət tərəfdaşlarının böhrandan uğurla çıxması fonunda ABŞ dövlət borcunun artması səbəb olacaq.

Belə vəziyyətdə dünya miqyasında kəskin dəyər itirən dolların Azərbaycanda da ucuzlaşması qaçılmaz sayılır. Bu halda Mərkəzi Bankın dolları sabit saxlaması da mümkün olnmayacaq. Hesab edilir ki, yaranmış vəziyyətdə Azərbaycan valyuta ehtiyatlarının tərkibində də dolların payını azaltmalı olacaq.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ