çərşənbə günü, 14 oktyabr 2026
     

Neft qiymətlərində böhran Azərbaycandan yan keçir...

Image


Enerji bazarlarında son vəziyyət burada hələ də qiymətlərin sabit həddə qalmadığını göstərir. Xüsusən də neftlə bağlı qiymətlər xeyli dəyişkəndir. Amma neftə tələbin tədricən artması bu məhsulun qiymətlərinin getdikcə yüksəlməsinə də təkan verə bilər. Bunu Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salman da təsdiq edir.

O bildirir ki, cari ilin sonunda xam neftə olan tələbat pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çata bilər. Nazirin sözlərinə görə, qlobal enerji bazarlarında sabitliyin davam etməsi üçün üç əsas şərtə – hasilatın azaldılması, buna əməl edilməsi və təzminat prinsiplərinə xüsusi diqqət yetirilməlidir. Səudiyyəli nazir bildirib ki, bütün dünya OPEC+ alyansının xam neftin qiymətlərini tənzimləmək gücünə malik olduğunu gördü:“İndi dünya bu alyansın neft bazarında, habelə energetika sənayesi və qlobal iqtisadiyyatda sabitlik yarada biləcəyinə əmin oldu. OPEC+ alyansının üzvləri apreldə hasilatın azaldılmasına dair tarixi qərar qəbul etdilər”. O, İraq və Nigeriyanın da sonradan qərara qoşulmasını yüksək qiymətləndirib. Əbdüləziz bin Salman qeyd edib ki, OPEC+ çərçivəsində hasilatın azaldılması səviyyəsinin gündəlik 7,7 milyon barreldə saxlanması qərara alınıb. Onun sözlərinə görə, tələbatla tədarük arasında balansın bərpa edilməsi dənizlərdə dolu tankerlərin sayını da azaldıb, həmçinin bir çox ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında benzinə və dizel yanacağına tələbat artıb. Bu vəziyyətdə neftin tədricən bahalşaması gözlənir.

Qeyd edək ki, hazırda Azərbaycan neftinin satış qiyməti 45 dollar təşkil edir. Bu, son büdcə dəyişikliyindən sonra müəyyən edilən qiymətdən 10 dollar çoxdur. Büdcədə əvvəlki qiymət 55 dollar idi. Ekspertlər bildirir ki, bu il neftin bir barrelinin qiyməti əvvəlki proqnozda göstərildiyi kimi 55 dollar ətrafında olsaydı, Dövlət Neft Fonduna 7,3 milyard dollar və ya 12,5 milyard manat vəsait daxil olması gözlənirdi. Bu ilin əvvəllərində neftin qiymətinin həmin göstəricidən də yüksək olması Azərbaycanın gəlirlərinin artmasında mühüm rol oynayırdı. Lakin aprel-may aylarında neftin qiyməti kəskin surətdə aşağı düşdü və müəyyən günlərdə hətta 15 dollardan da aşağı endi. 2020-ci ilin iyun ayında dünya bazarlarında “Azəri Layt” markalı xam neftin bir barrelinin satış qiyməti orta hesabla 38 dollar səviyyəsində qərarlaşıb və ilin əvvəlinə nisbətən 40,3 faiz az, həmçinin dövlət büdcəsinin proqnozlaşdırılması üçün nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 24 faiz az olub. İndi isə hesablamalar göstərir ki, dünya bazarında neftin bir barrelinin qiyməti 35 dollardan götürüldükdə, Dövlət Neft Fondunun gəlirlərinin cari ilin 55 dollar əsasında təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyard manat və ya 40,7 faiz azalaraq 7,3 milyard manata enəcəyi proqnozlaşdırılıb. Amma hazırda qiymət bundan yüksəkdir və Dövlət Neft Fondunun gəlirlərinin ən azı 10 milyard manata çatması gözlənir. İlin sonuna kimi neftin qiymət artımının 55 dollara çatması halında fondun itkiləri gözlənildiyindən də az olacaq.

Onu da xatırladaq ki, neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 12,2 milyard manatını Dövlət Neft Fondundan transfert, 1 milyard  790 milyon manatını vergi orqanlarının xəttilə neft sektorundan daxilolmalar təşkil edir. Bu səbəbdən aydındır ki, neft qiymətlərinin yüksəlməsi Azərbaycanın maraqlarına uyğundur. Cari ilin yanvar-iyul aylarında olan məlumatlara əsasən isə, Azərbaycanda 20,5 milyon ton neft hasil edilib. Neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 milyon ton az olub. Yeddi ayda 16,9 milyon ton neft  ixraca nəql olunub. Bu, 2019-cu ilin yanvar-iyul aylarına nisbətən, təxminən, 1,4 milyon ton, yəni 7,6 faiz azdır. Lakin azalan neft gəlirlərini hasil edilən qaz kompensasiya etməyə başlayır. 2020-ci ilin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 10 faizdən çox, yəni 2 milyard kubmetr artımla 22,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə xaricə qaz satışı 7,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. İlin sonundan etibarən TAP kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qaz satışını daha da artıracaq. Bu da ölkəyə enerji satışından daha çox vəsait daxil olması deməkdir. Bu durumda ilin sonuna kimi neft qiymətlərində proqnozlaşdırılan artım da baş verdiyi halda Azərbaycanın enerji resurslarının qiymət dəyişikliyindən daha az zərər görməsi proqnozlaşdırılır. Burada nəzərə almaq lazımdır ki, dünya bazarında təklifin tələbi üstələməsinin qarşısı alınıb və bu da neftin qiymətinin qismən sabitləşməsinə şərait yaradıb. Bu durumda ölkədə büdcə xərclərinə artan nəzarət, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə də öz effektini verir. Cari ilin 6 ayında vergi və gömrük orqanları xəttilə ilin əvvəlində proqnozda nəzərdə tutulduğundan 425 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə mədaxil olunması da qeyd edilənlərin təsdiqidir. Makroiqtisadi sabitliyin qorunması ilə iş yerlərinin və məşğulluğun saxlanması isə qlobal pandemiyanın Azərbaycana təsirini artıq minimal həddə endirir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ