Cümə axşamı günü, 15 oktyabr 2026
     

Beynəlxalq reytinq agentlikləri yenə Azərbaycana yüksək qiymət verdi

Image


Koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün hələ də ciddi təhdid yaratmaqda davam edir. Bu fonda dünya ölkələrinin böyük əksəriyyəti iqtisadi tənəzzül, böyük borc problemi ilə üzləşib. Amma beynəlxalq reytinq agentliklərinin dəyərləndirməsindən belə məlum olur ki, Azərbaycan qeyd edilən xüsusda daha yaxşı mövqedədir. Məsələn, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə son hesabatında bildirilir ki, 2020-ci ildə ölkəmizin borcunun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 37,8%-ə bərabər olacaq. Bura bütün dövlət və özəl şirkətlərin borcu daxildir. Gələn ildən isə borc göstəricisi sürətlə azalmağa başlayacaq. Sənədə əsasən, bu göstərici 2021-ci ildə 33,5%, 2022-ci ildə 30,3%, 2023-cü ildə isə 28,8% təşkil edəcək. Xarici borc da bu müddətdə sütətlə azalacaq. 2025-ci ildə xarici borc göstəricisi ümumiyyətlə UDM-ə nisbətdə 12 faiz olacaq.

Agentlik Azərbaycanın borcunun gəlirlərinə olan nisbəti ilə bağlı proqnozlarını da açıqlayıb. Bu göstəricinin 2020-ci ildə 109%, 2021-ci ildə 94,3%, 2022-ci ildə 85,2%, 2023-cü ildə isə 82% təşkil edəcəyi gözlənilir. Bundan başqa, qurum Azərbaycanın gəlirlərinin və xərclərinin ÜDM-ə nisbətini də proqnozlaşdırıb. Proqnoza görə, Azərbaycanın gəlirləri 2020-ci ildə ÜDM-nin 34,7%-nə, 2021-ci ildə 35,5%-nə, 2022-ci ildə 35,6%-ə, 2023-cü ildə isə 35,1%-nə bərabər olacaq. Bütün bunlaq qarşıdakı dövrdə iqtisadiyyatın dinamik inkişafından xəbər verir. Bu arada “Standard & Poor’s” agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini də “BB+/B” səviyyəsində təsdiq edib. Bu da o deməkdir ki, reytinq üzrə proqnoz "sabit"dir.  Sabit proqnoz, 2020-ci ildə karbohidrogen qiymətlərinin aşağı düşməsinə və iqtisadi daralmaya baxmayaraq, gələn ildən başlayacaq böyüməni, Azərbaycanın fiskal və xarici mövqelərinin maddi olaraq pisləşməsinin qarşısını alacağını özündə əks etdirir. Qurum bu xüsusda bildirir:"Biz orta müddətdə Azərbaycan iqtisadiyyatının orta səviyyəli inkişafını oxşar iqtisadi inkişaf səviyyəsinə malik ölkələrlə müqayisədə gözləyirik. Güman edirik ki, manatın ABŞ dollarına nisbətdə de-fakto məzənnəsinin sabit qalması hökumətin böyük xarici aktivləri tərəfindən dəstəklənəcək". Belə bir vaxtda “Moody’s” beynəlxalq reytinq agentliyi də Azərbaycanın dövrü reytinqinə yenidən baxıb. Məlumatda deyilir ki, qaydalara uyğun olaraq belə yoxlamalar ildə bir dəfə, Avropa İttifaqı (Aİ) ilə bağlı sub-təşkilatlarda isə 6 ayda bir dəfə həyata keçirilir.

“Moody’s” bəyan edib ki, bu baxış Azərbaycanın kredit reytinqi və onun proqnozu ilə bağlı indi və yaxın gələcəkdə hər hansı yeniliyin olması anlamına gəlməməlidir. Qeyd edək ki, Azərbaycanın kredit profili “Moody’s” tərəfindən də sabit saxlanıb. “Moody`s” Azərbaycanda makroiqtisadi dayanılığın əsas qarantı kimi ölkənin valyuta rezervlərini göstərir. Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barrel üçün 55 dollar nəzərdə tutulduğu halda, bu ilin ilk altı ayı ərzində neftin orta qiyməti 38 dollar olub. Buna baxmayaraq, ilin əvvəlindən valyuta ehtiyatlarında 2,6 faizlik artım qeydə alınıb və hazırda bu ehtiyatlar 50 milyard dollara çatır. Elə Beynəlxalq valyuta Fondu da Azərbaycanda ciddi maliyyə dayanıqlığının olduğunu bildirir. Qurumun proqnozlarına əsasən, bu il dünyada dövlət borcu ötən illə müqayisədə 19% artaraq ÜDM-in 101%-ni keçəcək. Müqayisə üçün deyək ki, bu göstərici Azərbaycanda orta dünya səviyyəsindən beş dəfə aşağıdır. Yuxarıda qeyd olunduğu kimi, bu borc daha da azalacaq və Azərbaycana maliyyə sahəsində yeni manevr imkanları qazandıracaq.

Ümumiyyətlə, hesab edilir ki, ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, koronavirusun yayılma sürətinin nəzarətdə saxlanması, iş yerlərinin saxlanması, pandemiyanın sosial təsirlərinin azaldılması istiqamətində hökumətin addımları müsbət nəticələrini verir. Bundan əlavə, korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və rəqabət qabiliyyəti arasında balansın qurulması, sahibkarlığın dəstəklənməsi sahələrində sistemli işlər aparılıb. Pandemiya əleyhinə tədbirlərin maliyyə tutumu 3,5 milyard manata çatmaqla, ÜDM-in 4,3%-ni  təşkil edir. Qlobal şokların, OPEC+ öhdəliyinə uyğun neft hasilatının azalmasının və pandemiyanın təsiri altında Azərbaycanda bu ilin ilk 6 ayında ÜDM 2,7% azalsa da, qeyri-neft-qaz sənayesi dinamik şəkildə artıb. Nəticədə dövlət büdcəsinin icrası Dövlət Neft Fondundan proqnoza uyğun transfertin köçürülməsi, vergi və gömrük orqanları tərəfindən ilk 6 ay ərzində proqnozdan əlavə 425 milyon manat gəlirin təmin edilməsi, xərclərin optimallaşdırılması nəticəsində profisitlə qeydə alınıb. Bu da iqtisadi proqramlara vəsait ayrılmasında hansısa problem yaratmır. Pandemiya şəraitində dövlət büdcəsi hesabına sosial layihələr daha da genişləndirilib və ilk 6 ayda sosial xərclər 5 milyard manata yaxınlaşmaqla, ilk dəfə büdcənin 42,5%-ni təşkil edib. Azərbaycan aşağı neft qiymətləri, ticarət tərəfdaşlarında resessiya, quraqlıq və pandemiya şəraitində öz resursları hesabına və xaricdən dəstək olmadan böhranı idarə edir. Bunlar da beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ