Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan qaz nəqli sahəsində Rusiya və ABŞ-la müqayisədə daha üstün mövqe sahibinə çevrilir

Image


Məlumdur ki, ABŞ Rusiya qazının “Şimal axını-2” layihəsi üzərindən Avropaya nəqlinə qarşıdır və bu məqsədlə prosesi ləngitmək üçün sanksiyalar siyasətindən faydalanır. Bu isə Rusiya qazının yeni xətlə Avropaya haçan daxil olacağına dair qeyri-müəyyənlik yaradır. Belə bir vaxtda bəzi Avropa ölkələri özləri də ABŞ-ın bu addımından narazılıq ifadə edir. Hətta indi fikirlər səslənir ki, Avropa ölkələrinin bəziləri qitəyə gələn ABŞ maye qazına qarşı sanksiya tətbiq edə bilər. Bu da o deməkdir ki, ABŞ qazı da Avropaya asanlıqla çatmayacaq. Məhz bu durumda Avropanın Azərbaycan qazına ehtiyacının daha da artması gözlənir. Çünki ABŞ və Rusiyanın Avropaya qaz nəqlində çəkişməsi və bir-birinə maneçilik yaratmaq istiqamətində fəaliyyətləri böyüyür.

Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası “Şimal axını-2” qaz boru kəmərinə qarşı sanksiyaları gücləndirmək məqsədilə növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə düzəlişlər edilməsini təsdiqləyib. Qanunverici orqanın bəyanatında deyilir ki, sanksiyalar, həmçinin, boru çəkilməsi işləri ilə məşğul olan, boru kəmərinin inşası ilə əlaqədar boru çəkmə gəmilərinin modernləşdirilməsi üçün sığorta və xidmətlər və ya məkanlar təqdim edən şirkətlərə də yönəldilib. Baş verənlərlə bağlı “RİA Novosti” portalı yazır ki, ABŞ “Şimal axını-2”nin istismara verilməsini dayandırmaq cəhdlərindən əl çəkmir, Avropada bəzi ölkələr isə buna müqavimət göstərməyə çalışır:“Vaşinqton həqiqətən də mühüm məsələlərdə Brüsselə və ya Avropa şirkətlərinə sanksiyalarla təzyiq göstərmək imkanından məhrum olsa, bu, Amerikanın xarici siyasəti üçün planetar miqyaslı fəlakət olacaq. Artıq Vaşinqton-Brüssel, əslində isə Dövlət Departamenti-Avropa Komissiyası xətti üzrə münaqişə gərginləşib. Buna səbəb Amerika və Avropa diplomatiya başçılarının qarşılıqlı sərt tənqidlərə səbəb olan təhdid və bəyanatlar mübadiləsidir. Dövlət katibi Mayk Pompeo “Şimal axını-2”yə aidiyyəti olan və ya aidiyyəti olmuş bütün şirkətlərdən "oradan çıxmağı" və ya sanksiyalar əldə etməyi tələb edərək, birbaşa təhdidlərə keçib. ABŞ sanksiyalarının zərbəsi, həmçinin, məsələn, liman fəaliyyətləri və sığorta ilə məşğul olan çoxlu sayda Avropa şirkətlərinə dəyə bilər. Lakin belə təəssürat yaranır ki, Dövlət Departamenti "Qazprom"un aparıcı avropalı tərəfdaşlarını, yəni “Wintershall”, OMV, “Engie”, “Shell” və “Uniper”i cəzalandırmaq niyyətindədir.Bir tərəfdən, bu cür gərginlik Vaşinqtonun "Şimal axını-2"nin qarşısının alınması istiqamətində niyyətinin ciddiliyini nümayiş etdirmək baxımından güclü addımdır. Digər tərəfdən, niyyətlərdən başqa nə isə nümayiş etdirmək cəhətdən nəyə nail olmağın mümkün olduğu o qədər də aydın deyil: "Qazprom"un avropalı tərəfdaşlarının pulları artıq layihəyə yatırılıb, boru kəmərinin özü isə hazırda qaz kəmərinə sahib olan şirkətin yeganə səhmdarı olan Rusiya şirkətinin gücü ilə qurulur.

Beləliklə, xarici şirkətlər layihədən çıxmaq istəsələr də, bunu etmək mümkün deyil, qatar artıq gedib. Belə çıxır ki, Avropa şirkətlərinə qarşı sanksiyalar qaz kəmərinin bloklanması nöqteyi-nəzərindən tamamilə mənasız bir addımdır. Əlbəttə, Vaşinqton Rusiya qazının Avropadakı alıcılarına qarşı sanksiyalar tətbiq etməyə cəhd göstərə bilər, lakin burada ortaya bir sıra texniki problemlər və xarici siyasi risqlər çıxacaq.

"Qazprom" qazının satış sxemini qurmaq kifayət qədər asandır. Elə etmək lazımdır ki, son alıcıları müəyyən etmək asan olmasın və bununla da ABŞ seçim qarşısında qalsın: ya sanksiyaların effektsizliyinə göz yummaq, ya da Rusiya qazını almaqda şübhəli bilinən bütün şirkətlərə qarşı "xalça" sanksiyaları tətbiq etmək. Vəziyyətin məhz bu cür daha da gərginləşməsi ssenarisi tamamilə mümkündür. Lakin çətin ki, Vaşinqton bu nəticələri bəyənsin. Avropa İttifaqının  xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel yazılı bəyanatla Amerikanın Avropa İttifaqına təsir üsullarını pisləyib:"Mən Birləşmiş Ştatların Avropa şirkətləri və maraqlarına qarşı artan sanksiya və sanksiya tətbiqi hədələrindən çox narahatam. Biz İran, Kuba, Beynəlxalq Ədalət məhkəməsi və bu yaxınardakı "Şimal axını-2", "Türk axını" hallarında bu artan tendensiyanın şahidi olmuşuq. Avropanın siyasəti burada, Avropada müəyyən olunmalıdır, onu üçüncü tərəflər müəyyən etməli deyil".

Bu bəyanatı diplomatın əsassız "narahatlığı" kimi də qəbul etmək olardı, yalnız bir nüans olmasaydı. Amerika mediası, xüsusilə “Bloomberg” biznes informasiya agentliyi, artıq Almaniyanın "Şimal axını-2"-yə qarşı sanksiyaların intiqamını almaq və Birləşmiş Ştatları Avropa enerji siyasətinə müdaxilədən uzaqlaşdırmaq üçün Vaşinqtona qarşı cavab sanksiyalarının mümkünlüyünü nəzərdən keçirdiyini yazmışdı. ABŞ-ın Avropa istiqamətində bütün sanksiya gündəliyini tamamilə məhv edəcək ən aşkar mexanizm ABŞ-ın sıxılmış ixrac qazına qarşı sanksiyalar ola bilər. 25%-lik maneə tarifi və ya onun Avropaya idxalına tam qadağa qoyulmasıə. nəinki "Şimal axını-2"yə qarşı sanksiyaları tam əhəmiyyətsiz edəcək, həmçinin Respublikaçılar Partiyasına sponsorluq edən ABŞ-ın enerji şirkətlərinə birbaşa ziyan vuracaq. Artıq bağlanmış müqavilələrin məcburi ləğvi ciddi itkidir, ABŞ şirkətləri isə Mayk Pompeonun və rusofob senatorların geosiyasi ambisiyalarına görə ciblərindən pul ödəməyə hazır deyillər. Avropalı diplomatlar hansısa alternativ variantlar da fikirləşə bilərlər.

Əslində ABŞ biznesinin Avropa İttifaqında “ağrılı nöqtələri” çoxdur. Avropa diplomatiyasının kursu dəyişməzsə, ABŞ sonda Brüsselin cavab sanksiyalarına tuş gələcək”. Bütün bu çəkişmələr fonunda isə  Azərbaycan qazının Avropaya nəqli istiqamətində hansısa maneə yoxdur. Belə görünür ki, Avropa yalnız Azərbaycan vasitəsilə yeni mənbədən qaz idxal edə biləcək.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ