çərşənbə axşamı günü, 18 avqust 2026
     

Avropadan Ermənistana daha bir zərbə - Tovuzda erməni təxribatı enerji təhlükəsizliyinə qəsd kimi qiymətləndirildi

Image


Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun nəticələrinə dünya miqyasında da indi xüsusi diqqət yetrilir. Burada diqqət mərkəzində yer alan başlıca məqamlardan biri, Ermənistanın işğal siyasəti ilə yanaşı, baş verənlərin Avropanın enerji təhlükəsizliyinə də təsiridir.

Amerikalı ekspert, Corctaun Universitetinin professoru Brenda Şaffer bu xüsusda bildirir ki, təxribatın baş verdiyi ərazi regionun əsas infrastruktur xətlərinin keçdiyi yerə olduqca yaxındır. Belə ki, buradan Bakı-Tiflis-Ceyhan neft boru kəməri, regionun vacib dəmir yolu xətləri və yaxınlarda açılacaq “Cənub Qaz Dəhlizi” keçir. Avropanın nüfuzlu onlayn dərgilərindən olan “Modern diplomacy” də məsələyə məhz bu rakursdan nəzər salır. Dərgi yazır ki, Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi qarşıdurmanı körükləyən səbəblərin təhlili maraqlı bir mənzərəni ortaya çıxarır:“30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin gedişində sərhəd boyu belə kəskin hərbi qarşıdurma və itkilər qeydə alınmamışdı. Bu il iyulun 12-ə kimi iki ölkə arasında hərbi qarşıdurma beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınan və Ermənistan Silahlı Qüvvələrinin işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik ətraf 7 rayonda baş verib. Tərəflər arasında sonuncu belə kəskin hərbi qarşıdurma 2016-cı ilin aprelində baş verib və 4 günlük aprel müharibəsi kimi tarixə həkk olunub. O vaxtdan indiyə kimi ağır artilleryanın və hərbi hava qüvvələrinin tətbiqi ilə tərəflər arasında bu miqyasda qarşıdurma baş verməyib.

Bu dəfə yaşanan qarşıdurma Dağlıq Qarabağdan 300 kilometr aralıda yerləşən Azərbaycanın Tovuz rayonunda baş verdi. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərini atəşə tutublar. Nəticədə Azərbaycan hərbçiləri və mülki vətəndaşları həlak olub. Yalnız cavab zərbələrindən sonra hücumun qarşısı alınıb, amma hələ də sərhəd boyunca atəşkəsi bərma etmək mümkün olmayıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa), eləcə də beynəlxalq ictimaiyyət tərəfləri atəşkəsə dəvət edir. Lakin atəşkəsin yaxın tezlikdə bərpa edilməsi hələ üfüqdə də görünmür.

Bu halda sual yaradan başlıca məqam döyüşlərin nədən Dağlıq Qarabağ istiqamətində yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsidir. Məsələ burasındadır ki, Ermənistan silahlı qüvvələrinin hücum etdiyi Azərbaycanın Tovuz rayonunun yerləşdiyi bölgə strateji əhəmiyyətə malikdir. Buradan Avropaya xam neft daşıyan Bakı-Tiflis-Ceyhan, İtaliyaya qədər uzanan “Transadriatik” (TAP) boru kəmərinin də daxil olduğu “Cənub Qaz Dəhlizi”nin başlanğıc hissəsi olan Cənubi Qafqaz boru kəmərləri, İpək Yolunun yenidən canlandırılmasına əsas yaradan Bakı-Tiflis-Qars dəmir yolu xətti keçir. Bu səbəblərdən də Ermənistanın son təxribatlarında məqsədi bu ərazidə sabitliyi pozmaq və Avropa üçün alternativ enerji mənbələrinə və yeni bazarlara çıxmağa imkan yaradan bu əhəmiyyətli layihələrin fəaliyyətinə maneçilik törətməkdir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da bu barədə maraqlı fikirlər səsləndirir:“Qənaətimcə, Azərbaycan qazının Avropaya nəqlinə başlamasına 3 ay qalmış Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyata başlaması təsadüfi deyil. İndi əməliyyatlar bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində həyata keçirilir. Azərbaycanın enerji resurslarını Qərb ölkələrinə və dünya bazarına çıxaran bütün infrastruktur bu bölgədə yerləşir. Bakı-Tiflis-Ceyhan, “Cənub Qaz Dəhlizi”, Bakı-Supsa boru kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, Bakı-Tiflis şossesi Ermənistanın hərbi əməliyyatları başladığı yerin birbaşa görüntüsü və yaxınlığından keçir. Vaşinqtondakı, Avropadakı və digər yerlərdəki həmkarlarımızı Gəncə dəhlizinin və Transxəzər bölgəsinin nə qədər həssas olduğunu nəzərə alaraq, Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edirəm”.

Hazırda Azərbaycan neftinin əsas istehlakçıları sırasında Avropa dövlətləri mühüm yer tutur. Bu neftin dünya bazarlarında realizasiyə edilməsində İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu ilin payızında isə Avropa Azərbaycan qazının da istehlakına başlayacaq. Bunun üçün 3500 kilometr uzunluğunda “Cənub Qaz Dəhlizi” kəməri çəkilir. Onun son halqası sayılan və Adriatik dənizinin İtaliya  sahillərinə çıxan “Transadriatik” boru kəmərinin 97 faizi tamamlanıb. 2020-ci ilin oktyabr ayında bu kəmər vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlanacaq. Beləliklə, Avropa tamamilə yeni bir mənbədən təbii qaz idxalına başlayacaq. Bu mühüm hadisəyə az müddət qaldığı bir vaxtda Azərbaycanın Tovuz rayonuna edilən hücum həm də Avropanın enerji təhlükəsizliyinə edilən qəsd hesab olunur.   Ermənistanın son təxribatlarında məqsədi bu ərazidə sabitliyi pozmaq və Avropa üçün alternativ enerji mənbələrinə və yeni bazarlara çıxmağa imkan yaradan bu əhəmiyyətli layihələrin fəaliyyətinə maneçilik törətməkdir”.

Bu qeyd edilənlərdən aydın görünür ki, Ermənistanın sərhəd təxribatına Avropada da kəskin reaksiyalar var. Hər halda, “Modern diplomacy” dərgisində göstərilənlər də bunun təsdiqidir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:00
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ