Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan Rusiya və Hindistanı birləşdirən əsas tranzit ölkəyə çevrilir...

Image


Bu gün nəqliyyat və logistika baxımından Azərbaycanın həm Avropa, həm də Asiya üçün mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilməsi beynəlxalq miqyasda da açıq etiraf edilir. Məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib:

“Nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib və bizim fəal iştirakımızla “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz “Şimal-Cənub” nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik”.

Artıq Asiyanın iqtisadi nəhənglərinin qeyd edilən istiqamətdə Azərbaycanla işbirliyinin daha da genişlənməsi müşahidə olunur. Məsələn, dünyanın ən böyük iqtisadiyyatına malik Hindistanın ixrac məhsulları tədricən İran, buradan da Azərbaycan üzərindən dünya bazarlarına çıxmaqdadır. Ərdəbil vilayətinin valisi Əkbər Bəhnamcu bu xüsusda maraqlı açıqlamalar verir:“İranın Ərdəbil vilayəti Azərbaycanla 369 kilometr sərhədə malikdir və bu fakt iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə imkan yaradıb. Ərdəbil-Astara dəmir yolunun çəkilişi İranla Azərbaycan arasındakı iqtisadi münasibətlərin daha da inkişafına səbəb olacaq”. O diqqətə çatdırıb ki, İranla Azərbaycanın Ərdəbildə birgə sənaye şəhərciyi yaratması barədə razılıq əldə olunub:“Bunun üçün torpaq sahəsi ayrılıb və müvafiq işlər həyata keçirilib. Dəmir yolunun sənaye şəhərciyinin yaxınlığından çəkilməsi ixrac və idxal imkanlarını daha da artıracaq. Azərbaycan hökuməti nəqliyyat sahəsində lazımi tədbirləri artıq həyata keçirib və iki ölkənin dəmir yolları birləşib”. Qeyd edək ki, İranın Dövlət Dəmir Yolları İdarəsi ilə Yollar və Şəhərsalma Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Ərdəbildən Astaraya dəmir yolu xətti çəkməyi planlaşdırıb. Bunun üçün artıq bir sıra tədbirlər həyata keçirilib.

Bu fonda isə o da bəlli olub ki, Rusiya və Hindistan ticarət əlaqələri və tranzit daşımalarını İranla Azərbaycan üzərindən həyata keçirməkdə qərarlıdır. Hindistanda ingilis dilində nəşr olunan “The Hindu Business Line” qəzeti yazır ki, Hindistanın konteyner daşıması ilə məşğul olan “Concor” şirkəti ilə Rusiyanın “RJD Logistika” şirkəti arasında yüklərin İran və Azərbaycan üzərindən daşınması haqqında razılıq əldə edilib və müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki şirkət qarşılıqlı olaraq yükdaşımaları İranın Çabahar limanı vasitəsilə həyata keçirəcək. Yəni yüklər İran və Azərbaycan üzərindən daşınacaq. Bu isə onu deməyə əsas verir ki, Hindistandan Rusiyaya daşınan yüklər Mumbay limanından Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan üzərindən Rusiyaya daşınacaq.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istisamara buraxılıb. Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu da iki ölkənin dəmir yolları sistemini birləşdirib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. İranın Yollar və Şəhərsalma Nazirliyinin verdiyi məlumata əsasən, Rəşt-Astara yolu gələn il istifadəyə veriləcək. Hindistan qəzeti mütəxəssislərin fikrinə istinad edərək yazır ki, yüklərin “Şimal-Cənub”la göndərilməsi vaxta 40 faiz, nəqliyyat xərclərinə isə 30 faiz qənaət etməyə imkan verəcək.

Burada daha bir mühüm məqam odur ki, bu günlərdə İranın Nəqliyyat və Şəhərsalma naziri Məhəmməd İslaminin iştirakı ilə Sistan-Bəlucistan vilayətində Çabahar-Zahidan dəmir yolu xəttinin əsası qoyulub. Nazir dəmir yolunun Asiya ilə Avropanın birləşməsində, region ölkələrinin inkişafında və beynəlxalq ticarətin canlanmasında əhəmiyyətli rol oynayacağını bildirib. Qeyd edək ki, İran “Şimal-Cənub” dəhlizinin formalaşmasında iştirak edən əsas dövlətlərdən biri kimi əvvəlcə özünün nəqliyyat infrastrukturunu yeniləşdirir. Çabahar-Zahidan dəmir yolu xətti təkcə İranın 2 şəhərini deyil, eyni zamanda, Çabahar limanının yerləşdiyi Sistan-Bəlucistan vilayətini milli dəmir yolu sisteminə birləşdirir. Bu isə onu deməyə əsas verir ki, Körfəz sahilindəki Bəndər-Abbas limanı ilə yanaşı, Çabahar limanı da “Şimal-Cənub” dəhlizinə çıxış əldə edəcək. Bir tərəfdən Körfəz sahilindəki ölkələr, digər tərəfdən isə Cənub-Şərqi Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini “Şimal-Cənub” vasitəsilə həyata keçirəcək. Bu halda Körfəz ölkələri Bəndər-Abbas limanından, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar limanından istifadə edəcək. Hər iki limandan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt –Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə daşınacaq.

Azərbaycanın böyük həcmdə yükləri qəbul edib yola salması üçün bütün infrastrukturu hazırdır. Azərbaycanın və İranın Astara şəhərlərini birləşdirən dəmir yolu xətti istismara verilib. Bakı-Astara avtomobil yolu yenidən qurulub. Ələt beynəlxalq dəniz ticarət limanında da yenidənqurma işləri aparılıb və yük aşırımı artırılıb. M.İslami isə qeyd edib ki, 628 kilometr olan Çabahar-Zahidan yolunun 150 kilometri cari ilin sonuna kimi inşa edilib başa çatdırılacaq. Tikintinin bu sürətlə aparılması onun yaxın 3 il ərzində tamamlanacağını deməyə əsas verir. Bu dəmir yolu ilə ildə 927 min sərnişin və 2,8 milyon ton yük daşınması nəzərdə tutulub. İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səis Rəsuli isə qeyd edir ki, Çabahar-Zahidan dəmir yolu xətti Hindistanla Rusiya arasında ticarət əlaqələrinin inkişafına böyük töhfə olacaq. O bildirib ki, Çabahar limanının yükaşırma imkanlarının 2,5 milyon tondan 8,5 milyon tona yüksəldilməsi dəmir yolu çəkilişini zərurətə çevirmişdi. Gələcəkdə Çabahar-Zahidan dəmir yolu “Şimal-Cənub” dəhlizinə daxil olan dəmir yolu xəttinə birləşəcək. İran artıq rəsmi şəkildə bildirir ki, Cənub-Şərqi Asiya ölkələrindən Çabahar limanına daxil olan yüklər Azərbaycan üzərindən Rusiya və Avropaya daşınacaq. Beləliklə, Azərbaycan həm Avropa, həm də Asiya ölkələrinin daha yaxın iqtisadi partnyoruna çevriləcək.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ