Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın xarici borc strategiyası özünü tam doğruldur

Image


Dünya iqtisadiyyatı 2020-ci ilin ikinci yarısına daxil olsa da, hələ də koronavirus pandemiyası tərəfindən təzyiq altında qalmaqda davam edir. Bu isə iqtisadi müstəvidə mənfi təsirlərin genişlənməsinə səbəb olmaqdadır. Belə vəziyyətdə neqativ amillərdən biri də dövlətlərin xarici maliyyə asılılıqlarının artmasıdır. Beynəlxalq Valyuta Fondu artıq bu istiqamətdə heç də xoş olmayan bir durumun yarandığını bildirir.

Qurumun hesablamalarına əsasən, 2020-ci ildə dünya ölkələrinin məcmu dövlət borcu ÜDM-nin 101,5 faizini təşkil edərək indiyədək görünməmiş həddə çatacaq. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Gita Qopinat və Maliyyə İşləri Departamentinin direktoru Vitor Qaspar tərəfindən dərc olunmuş məqalədə bildirilir ki, dövlət borcları ilə bağlı hazırkı vəziyyət daha çox koronavirus pandemiyasının iqtisadi fəsadlarını yumşaltmaq üçün dünya boyu hökumətlər tərəfindən bütövlükdə 11 trilyon ABŞ dolları həcmində görülmüş maliyyə tədbirlərinin nəticəsidir. Bununla da dünyada məcmu dövlət borcunun İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatdığı qeyd olunur. Müəlliflərin qənaətincə, hazırkı vəziyyətdə irimiqyaslı maliyyə tədbirləri səhiyyənin imkanlarını artırmaq, ev təsərrüfatlarının məhrum olduqları gəlirlərinin əvəzini vermək, irimiqyaslı müflisləşmə hallarının qarşısını almaq üçün zəruri addımdır. Eyni zamanda, 2021-ci ildə gözlənilən aşağı faiz dərəcələri, iqtisadiyyatın davamlı dirçəlməsi sayəsində ABŞ və Çindən başqa bütün ölkələrdə dövlət borcu həcminin sabitləşəcəyi ehtimalı irəli sürülüb. Lakin həddən artıq borclanmaya gedənlər üçün durum yaxşı olmayacaq. Məsələn, artıq məlumdur ki, ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edir və beləliklə, rekord həddə çatıb. Həmin artımın əsas səbəbi COVID-19 virusuna qarşı görülən tədbirlərdir. Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 trilyon  dollar, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon dollar artdığı biuldirilir.

Böyük Britaniyanın dövlət borcunun həcmi son 57 ildə ilk dəfə olaraq ÜDM həcmini üstələyib. İndi bu borc 2 trilyon 421 milyard dollar səviyyəsinə çatıb ki, bu da 2019-cu ilin may ayına nisbətən 20,5 faiz bəndi artıqdır. Bu il Almaniya hökuməti koronavirus pandemiyasının mənfi təsirlərindən istehlakçıları və müəssisələri qorumaq üçün təşviq paketlərini maliyyələşdirmək məqsədilə 218 milyard avro borclanacaq. Digər ölkələrdə də eyni vəziyyət müşahidə olunur. Məhz bu durumda zərbaycanın xarici borclanmadan imtina strategiyasının nə dərəcədə doğru olduğu da üzə çıxır. Bu, həm Azərbaycan iqtisadiyyatını dünyadakı mövcud vəziyyətin zərbələrindən xilas edir, həm də  ölkənin xaricdən maliyyə asılılığından qoruyur.

Xatırladaq ki, pandemiya dönəmində ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara kömək üçün müraciət etməyib, edəcəyi də gözlənilmir. Çünki ölkədə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Məlumat üçün qeyd edək ki, ölkəmizdə ilin əvvəlinə birbaşa xarici dövlət borcu 8,32 milyard dollar, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon dollar, ümumilikdə xarici dövlət borcu 9,1 milyard dollar təşkil edir. Təhlillər göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında qeyd olunur ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Ölkədə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan onluğun sırasında olmağımızı göstərir. Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu da faiz risqlərini aşağı salır. 

Bu günlərdə isə “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının “Azərişıq” ASC-yə ayırdığı kreditin 750 milyon ABŞ dolları miqdarında kreditin 2 və 3-cü tranşlarının köçürülməsi təxirə salınıb. Məhz yeni xarici borclanma strategiyasına uyğun olaraq belə bir addım atılıb. Bu da o deməkdir ki, Azərbaycan bu bankdan 500 milyon dollarlıq kreditin alınmasını təxirə salıb və daha az borclanmaya gedib.

Onu da bildirək ki, xarici borcumuz, xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil. Ona görə də, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işlərin görülməsi məqsədilə kreditlər alınması, xarici borclanmanı ÜDM-in 22-23%-nə qədər artırmaq mümkün sayılır. Amma Azərbaycan buna da lüzum görmür. Indi əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır. Bu halda Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları  maraqlı olsalar da ölkəmiz buna getmir. Çünki, xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir. 

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ