Cümə axşamı günü, 15 oktyabr 2026
     

Naxçıvanın qaz təminatında İrandan asılılıq tam aradan qalxır - Azərbaycan yenə bir addım öndə...

Image


“Cənub Qaz Dəhlizi”nin artıq tam şəkildə tamamlanmasının bu il ərzində başa çatması gözlənilir. Belə vəziyyət dünya qaz bazarında Azərbaycanın mövqelərinin daha güclü hala gəlməsi və enerji daşıyıcılarından ölkənin daha çox gəlir əldə etməsi deməkdir. Bundan başqa, proseslər Azərbaycanın geosiyasi, geoiqtisadi baxımdan da mühüm üstünlüklər əldə etməsinə rəvac verir.

Digər tərəfdən, Türkiyə bazarına çıxmaqla Azərbaycan həm də Naxçıvan Muxtar Respublikasının qaz təminatı probleminin həllində yeni imkanlar qazanır. Bu arada qeyd edək ki, Türkiyədən Naxçıvan ərazisinə qaz xəttinin çəkilməsi istiqamətində işlərə artıq başlanıb. Belə ki, bir neçə gün əvvəl Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti İğdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. BOTAŞ-ın məlumatına görə, tender təklifləri iyun ayının 30-dək  qəbul ediləcək. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 kilometr olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir. Xatırladaq ki, SOCAR-la BOTAŞ arasında Naxçıvana qaz xəttinin çəkilməsi ilə bağlı anlaşma memorandumu 2010-cu ildə imzalanmışdı. Ötən müddət ərzində kəmərin tikintisinə başlanması mümkün olmayıb. Amma Azərbaycanın Türkiyəyə qaz satışını artırması məsələni yenidən aktuallaşdırır. Xatırladaq  ki, bu ilin fevralında Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan prezident İlham Əlyevlə İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi məsələsini də müzakirə etdiklərini açıqlamışdı. Bildirmişdi ki, bu istiqamətdə işləri sürətləndirmək qərara alınıb.

Qeyd edək ki, hazırda Naxçıvanın qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Bu əməliyyata 2006-cı ildən başlanıb. Belə ki, SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Muxtar Respublikanın illik qaz istehlakı 260-300 milyon kubmetr ətrafındadır. İndiyədək İran tərəfi Naxçıvanın qaz təchizatında hansısa axsamaya yol verməyib. Lakin İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Halbuki, dünyada belə əməliyyatlar üzrə faiz dərəcəsi 5-dən yüksək deyil. Azərbaycan bir neçə dəfə tranzit şərtlərinin yumşaldılması ilə bağlı müraciətlər etsə də rəsmi Tehran razılaşmayıb. Bu baxımdan Türkiyədən Naxçıvan ərazisinə qaz xəttinin çəkilməsi indi İranda da diqqətlə izlənilir. Bu xüsusda “Independent Farsi” nəşri yazır:“Coğrafi mövqeyi nəzərə alınarsa, İranın neft və qazın Xəzər dənizindən Fars körfəzi sahillərinə və oradan da qlobal enerji bazarlarına nəqli üçün münasib zəmini var. Amma ardıcıl sanksiyalar və İranın xarici siyasəti Tehranın Xəzər dənizi və Orta Asiya layihələrindən kənarlaşmasına səbəb olub. Bununla yanaşı, İran həmin regionların bəzi ölkələri ilə neft-qaz mübadiləsi həyata keçirə bilib. İndi Xəzərdə böyük həcmdə enerjidaşıyıcısı ehiyatlarına malik olan Azərbaycanın neft və qazla daxili təminat problemi yoxdur. Lakin Naxçıvan Muxtar Respublikasının enerji təchizatı daim Azərbaycan hakimiyyətinin narahatlıq mənbəyi olub. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə heç bir ərazi-coğrafi əlaqəsi yoxdur. Bu bölgəyə qaz nəql etmək üçün Azərbaycan İranın enerji infrastrukturundan istifadə etməlidir. İranın bölgəyə qaz tədarük etməsi variantların yeganə olanı idi. Sanksiyalardan əvvəl Naxçıvan Muxtar Respublikasına qaz tədarük etmək üçün Azərbaycan hər il İrana orta hesabla 200-250 milyon kubmetr təbii qaz nəql edib. O, Azərbaycandan Naxçıvana Astara sərhədi ilə tədarük olunur. Bu durumda son illərdə Türkiyə orta perspektivdə tranzit və enerji mərkəzinə çevrilmək üçün enerji infrastrukturuna böyük sərmayə qoyub. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır və may ayında ilk dəfə olaraq Türkiyənin ən böyük təbii qaz tədarükçüsü olub.

Türkiyə ölkə ərazisindən keçəcək boru kəmərlərini dəstəkləyir. O, həm tranzit hüququndan, həm də Bakı-Tiflis-Ceyhan kimi neft və qaz boru kəmərlərinin geosiyasi üstünlüklərindən istifadə edir. Önümüzdəki aylarda TAP layihəsinin rəsmi açılışı və “Türk Axını” layihəsinin ikinci xətti ilə Türkiyə Aİ-nin enerji təhlükəsizliyində, eyni zamanda, bu boru kəmərləri ilə geosiyasi maraqlarını təmin etmədə üstünlük qazanacaq. Bu günlərdə isə türk şirkəti BOTAŞ Naxçıvana qədər uzanacaq İğdır Təbii Qaz Boru Kəmərinin inşası layihəsini tenderə çıxarıb, Həmçinin, Türkiyə və xarici şirkətlər boru kəmərinin inşası üçün təkliflərini açıqlayıb. Türkiyənin təbii qaza olan ehtiyacı bu günə qədər boru kəmərinin inşasının qarşısını almış kimi görünür. Lakin qaz ehtiyatlarını şaxələndirmək üçün uğurlu siyasətini nəzərə alaraq, Ankara müvafiq kəməri çəkmə fürsətini əldən qaçırmayacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycan qazını Türkiyəyə çatdıran Cənubi Qafqaz boru kəmərinin gücünün artması ilə qazın Naxçıvana nəqli şərtləri getdikcə asanlaşıb. İğdır-Naxçıvan boru kəməri istismara verilsə, o, Naxçıvanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. İranın Türkiyəyə qaz ixracı dəfələrlə çətinliklə üzləşsə də, o, Naxçıvana qaz tədarükünü kəsməməyə çalışıb. Lakin İranın muxtar respublikaya qaz tədarükü dünya qiymətindən baha olub. İran Azərbaycan qazının 15 faizini tranzit haqqı kimi istifadə edir, halbuki, digər oxşar müqavilələrdə tranzit haqqı 5 faizdir. Azərbaycan dəfələrlə İranı tranziti haqqını azaltmağa çağırıb, lakin bu tələb Tehranda xoş qarşılanmayıb. Yaxın aylarda İğdır-Naxçıvan boru kəmərinin inşası başlasa, bu boru kəməri üçün Azərbaycan və Türkiyənin iradəsini nəzərə alaraq, gələn il açılışını gözləməliyik. Azərbaycan qazının İranla mübadiləsi üçün mövcud müqavilənin müddəti isə 4 ildən sonra başa çatacaq və müqaviləni uzatmağa ehtiyac qalmayacaq. Barak Obama dövründəki sanksiyalar zamanı İran neft-qaz mübadiləsini müvəqqəti olaraq dayandırıb. Nüvə sazişi dövründə İran qonşu ölkələrə neft-qaz nəqlini bərpa edə bilib.

Yeni sanksiyalarla İran tranzit gəlirlərindən məhrum olub, ancaq qaz mübadiləsi Ermənistan və Azərbaycanla davam edib. Sanksiyalarla bağlı hasilatı azaltdığından, İran tədricən regional qaz bazarını itirir. O cümlədən Türkiyəyə ixraca dair müqavilənin uzadılması ehtimalı günbəgün azalmaqdadır. İğdır qaz kəmərinin Naxçıvana çəkilməsi ilə Azərbaycanın İrandan asılılığı aradan qalxacaq və İran həm tranzit haqqından, həm də geosiyasi imtiyazından məhrum olacaq. Enerji bazarındakı inkişaflar, xüsusilə pandemiyadan sonrakı dövrdə enerji istehsalçılarının regional və qlobal bazardakı paylarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini göstərir. İxracın və deməli, xarici valyuta mənfəətinin artması və iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə enerji istehsal edən ölkələr qarşılıqlı asılılıq yaratmaqla regional sülh və təhlükəsizlikdə rol oynama imkanı qazanır. Bunu İranın diplomatik aparatı da nəzərə almalıdır”.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ