Cümə axşamı günü, 15 oktyabr 2026
     

Manat yenə regionda ən dayanıqlı valyuta oldu

Image


Azərbaycana qonşu ölkələrdə maliyyə sferasında yenidən maraqlı proseslər müşahidə olunur. Onların Azərbaycanın əsas ticarət tərəfdaşları olması nəzərə alındıqda baş vernlərin ölkəmizdə də diqqətlə izlənilməsi təbii hal sayılır. Hazırda İran və Türkiyədə yaşananlar qeyd edilən baxımdan daha çox maraq doğurur.

Adları çəkilən ölkələrdə milli valyutalar sürətlə dəyərdən düşür. İranda bir ABŞ dolları artıq 19 min tüməni keçir. Bir avro 21 min 325 tümənə mübadilə edilir. Azərbaycan manatı da İranda bahalaşıb. Xatırladaq ki, cari ilin yanvar ayında bir dollar 13 min 350 tümənə mübadilə olunub. Indi qeydə alınan göstərcilər onu göstərir ki, İranın milli valyutası bir dollara nisbətdə 42 faiz dəyərdən düşüb. ABŞ İranın nüvə proqarmı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsindən çıxandan sonra ötən 25 ay ərzində tümən ABŞ dollarına nisbətdə 190 faiz ucuzlaşıb. İran Mərkəzi Bankının direktoru Əbdülnasir Himməti tümənin ucuzlaşmasını koronavirusun yayılması, neftin qiymətinin ucuzlaşması və İslam Respublikasının maliyyə tədbiləri üzrə hədəf qrupundan (FATF) çıxarılması ilə əsaslandırıb.

Türkiyədə də, belə demək olarsa, valyuta böhranı yaşanır. Məsələ burasındadır ki, Türkiyədə ixracın kəskin azalması və turizmin qapalı olması valyuta böhranına gətirib çıxarıb. Amma onu da qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı ikinci dalğanın gəlməsi narahatlığı, türk lirəsi də daxil olmaqla. bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq göstərir. Türkiyə timsalında bu hal özünü qabarıq göstərir. Çünki Türkiyənin əsas valyuta daxilolmaları həm ixracatdan, həm də turizmdən idi. Məsələn, ötən il Türkiyəyə turizmdən təxminən 38 milyard dollara yaxın valyuta daxil olmuşdu. Turizmin gətirdiyi valyuta tədiyyə balansında kifayət qədər müsbət rol oynayırdı. Eyni zamanda, əsasən yüngül sənaye və avtomobil ixracından da ölkəyə valyuta gəlirdi. Amma son zamanlar Türkiyənin ixracatında ciddi azalmalar var və turizm bağlıdır. İxracda Avropa İttifaqı istiqamətində təxminən 25 faizə yaxın azalma var və bu da valyuta daxilolmalarını kifayət qədər zəiflədib. Bu isə tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Bu durumda Türkiyədə valyuta daxilolmaları azalırsa, valyutaya ehtiyac azalmır, çünki təkcə özəl sektorun xarici borcu 187 milyard dollardır. Hər ay təxminən 10-12 milyard dollara yaxın məbləğ özəl sektorun xarici borcunun qaytarılmasına getməlidir. Yəni bu valyuta ehtiyatı yaranmalıdır. Nəticədə Türkiyə bir çox ölkələrə svop, yəni lirə əvəzinə xarici valyutaların alınması və yaxud Türkiyə aktivləri hesabına xarici valyuta alınması razılaşmaları təklif edib. Yəni həmin ölkələrlə svop müqavilələri bağlansın və ölkəyə lazım olan həcmdə valyutanın gətirilməsi təmin edilsin. İndiki halda baş verənlər lirəni dəyərdən salır. Rusiyada da son günlərdə rublun məzənnəsində qeyri-sabitlik qeydə alınır. Gürcüstan larisi də turizmin bağlı olması səbəbindən dollara nisbətdə dəyər itirir.

Bütün bunlar qonşu ölkələrdə milli valyutaların dəyər itirməkdə olduğunu göstərir və bu ölkələr, yuxarıda qeyd olunduğu kimi, həm də Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alır. Amma bu ölkələrdən fərqli olaraq, manat dollar və digər xarici valyutalara nisbətdə dayanıqlılıq nümayiş etdirir. Son valyuta hərraclarına nəzər saldıqda isə dollara tələbin azalan xətt üzrə getməsi də müşahidə olunur.

Hadisələrin inkişaf axarı göstərir ki, bundan sonra da regionda ən dayanıqlı valyuta qismində manat çıxış edəcək. Azərbaycanın iqtisadi və valyuta siyasəti manatın dayanaqlı həddə qalmaqda davam edəcəyini göstərir. İdxaldan asılılığın azalması, ixracın artımı, neftin qiymətinin tədricən yüksəlməsi ilə əlaqədar manatın mövqeyini bundan sonra da qoruması gözlənilir. Digər ekspertlər də bu qənaətdədir ki, böyük valyuta ehtiyatları və Neft Fondunun cari il ərzində təxminən 5 milyard dolları manata çevirmək öhdəliyi də milli valyutanın sabitlyinə təminatdır. Digər tərəfdən, valyuta ehtiyatlarında idarəçiliklə bağlı Azərbaycanın tutduğu mövqe də prosesə müsbət təsir edir və risqli əməliyyatlardan, demək olar ki, istifadə olunmur. Bu da manata təsir edən amillərdəndir. Ekspertlər bildirir ki, Dövlət Neft Fondu aşağı gəlirli, amma dayanıqlı investisiyalara üstünlük verir. Fond qiymətli kağızlara daha çox yatırım edib. Özü də elə qiymətli kağızlara ki, onlar dayanıqlı, belə demək mümkünsə, itirmə təhlükəsi sıfıra yaxın olan investisiyalar sayılır. Bu konservativ yanaşma ilə həm də əlində olan, yığılan vəsaitin daha çox qorunmasına xidmət edir. İndilikdə hesab edilir ki, görülən tədbirlər nəticəsində valyuta ehtiyatlarının artımı davam edəcək və bu da manatın məzənnəsinin sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkəyə yeni valyuta axını da proqnozlaşdırılır. Bunun ümdə səbəbi qeyri-neft sektoru üzrə ixracın artması, neft qiymətlərinin qeyd edildiyi kimi tədricən yüksəlməsidir. Digər tərəfdən, tezliklə “Cənub Qaz Dəhlizi“ çərçivəsində Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP-la Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq. Ölkə üzərindən yükdaşımaların artımı da artıq burada öz sözünü deyir. Bütün bunlar qarşıdakı dövr ərzində də manatın dayanıqlığını təmin edən başlıca faktorlardan sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ