Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın yenə neft bazarının əsas oyunçularından biri olacağı dünya miqyasında təsdiqlənir

Image


Böyük Britaniyanın BP şirkətinin açıqladığı son hesabat Azərbaycanın hələ bundan sonra da dünya neft bazarında əsas oyunçulardan biri olaraq qalacağını göstərir. Qeyd edək ki, BP şirkəti Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib. Şirkət bəyan edir ki, 2019-cu ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 1 milyard ton və ya 7 milyard barrel təşkil edib ki, bu da 2018-ci ilin göstəricisinə bərabərdir.

Hesabata əsasən, 2019-cu ilin sonuna dünyada təsdiq olunmuş neft ehtiyatları 244,6 milyard ton və ya 1 trilyon 733,9 milyard barrel təşkil edib. Bunun da 0,4%-i məhz Azərbaycana məxsusdur. Amma yeni ehtiyatlar hesabına bu göstəricinin bir qədər də artıq olması istisna deyil. Elə bu səbəbdəndir ki, BP və digərləri Azərbaycanla neft sahəsində əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlıdır. Qeyd edək ki, BP hazırda Azərbaycanda bir sıra neft-qaz layihələrinin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun operatorudur. Azərbaycanda hasil edilən neftin böyük hissəsi məhz bu yatağın payına düşür. Ölkəmizlə BP arasında hasilata dair ilkin razılaşma 30 il müddətinə etibarlı olub, 2024-ci ildə başa çatmalı idi. Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. Müqavilənin bu müddətə uzadılması Azərbaycanın neft ehtiyatlarına  böyük ümidlərin olması ilə bağlıdır.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, mövcud vəziyyət Azərbaycana uzun müddət neft bazarında əsas oyunçulardan biri qismində qalmağa imkan verir. Eyni zamanda dünyada o da etiraf edilir ki, Azərbaycan neft gəlirlərindən ən səmərəli şəkildə istifadə etməyi bacaran azsaylı ölkələrdən biridir. Elə neftin ucuzlaşdığı dövrdə neft ixracatçısı ölkələrin vəziyyətinə dair “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin son hesabatında da bunu görmək olar. Burada bildirilir ki, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan, Qətər böyük suveren aktivləri və xarici valyuta ehtiyatları sayəsində koronavirus pandemiyası nəticəsində dünya bazarında neftə tələbatın və qiymətlərin azalmasını sovuşduracaq:“Sarsıntını sovuşdura bilmələri siyasətə düzəliş vermə bacarığından və nə qədər dayanıqlı olmalarından asılıdır. Bu ölkələr, ən azı, sarsıntıya tab gətirmək üçün məxariclərini azalda bilər. Digər tərəfdən, Oman, İraq kimi dərin və uzun çəkə bilən sarsıntılara uyğunlaşma bacarığı məhdud olan, habelə Bəhreyn kimi likvidliyin artan təzyiqinə məruz qalan, az dayanıqlı olan dövlətlər daha böyük risqlə üzləşir”. Sənəd müəlliflərinə görə, karbohidrogen istehsal edən bir çox ölkələr daha əvvəl neftin bahalaşdığı dövrlərdə topladığı aktivlər sayəsində neftin ucuz olacağı dövrdə daha uzun müddət dayanıqlı ola bilər. Bunlar sırasında yer alanlardan biri də məhz Azərbaycandır:“Bu da ölkənin valyuta ehtiyatlarının dövlət borcunu xeyli üstələməsi fonunda özünü göstərir”. Qurum xatırladır ki, 2019-cu ildə Azərbaycanda, BƏƏ-də, Qazaxıstanda və Qətərdə valyuta ehtiyatları dövlət borcunu xeyli üstələyib, Səudiyyə Ərəbistanının dövlət borcunun 100 faizinə, Rusiyanın dövlət borcunun isə 50 faizinə bərabər olub. Xatırladaq ki, “Moody’s” Azərbaycana “sabit” proqnozlu Ba2 kredit reytinqi təyin edib.

Bununla yanaşı hesab edilir ki, neftin yenidən artan qiyməti Azərbaycanın manevr imkanlarını artıracaq. Hazırda Azərbaycan neftinin satış qiyməti 42 dolları keçir. Qarşıdakı dövr ərzində neftin daha da bahalaşması gözlənilir. Bunu Sarbon Universitetinin professoru Jan-Antuan Düpra da təsdiq edir:“Əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçəldikcə, neftin qiyməti də qalxacaq". Professor bildirib ki, koronavirus böhranı bitdikdən sonra iqtisadiyyat dirçəlməyə başlayacaq və bu da neftin qiymətinin qalxmasına səbəb olacaq:“Neftin qiymətinin düşməsinə iqtisadiyyatın tənəzzülü səbəb olub. Neft hasil olunduqca, istehlak da olmalıdır. İqtisadiyyatda durğunluq baş verən zaman neftə ehtiyac azalır. Nefti isə nə saxlamaq, nə də atmaq mümkündür. Eyni zamanda, neft dayanmadan istehsal olunan bir xammaldır. Lakin iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçələn kimi neftin qiyməti də qalxacaq".

Jan-Antuan Düpra iqtisadiyyatın yenidən dirçələcəyi vaxta da aydınlıq gətirib:“Neft, əsasən elektrik istehsalı, avtomobillərin hərəkəti üçün istifadə olunur. Lakin unutmayaq ki, bunlardan başqa neft hava nəqliyyatında, təyyarələrin hərəkəti üçün də əsas xammaldır. Bu da o deməkdir ki, neftin qiymətinin tam qalxmasını yalnız beynəlxalq hava xətlərinin tam bərpasından sonra gözləmək olar. Ancaq neftin dünya bazarında qiyməti yalnız alıcı və satıcı münasibətləri əsasında tənzimlənmir. Neft istehsalçısı ölkələr danışıqlar yolu ilə neftin qiymətinə dair qərar verə bilərlər”. Rusiyanın energetika naziri Aleksandr Novak isə bu xüsusda qeyd edir ki, neft qiyməti artıq yüksəlişə keçir:“Rusiyanın Energetika Nazirliyi dünya bazarında neftə tələbatın əvvəlki səviyyəyə qayıtma ehtimalını yüksək dəyərləndirir. Aprel ayında gördüyümüz ən gərgin vəziyyətlə müqayisədə artıq təyyarə uçuşları, avtomobil nəqliyyatı, neft-kimya sahələrində tələbat haradasa yarıbayarı bərpa olunub. İndi bütün bunları diqqətlə izləməli, bundan sonra da tələbatın necə dəyişəcəyinə dair düzgün proqnoz verməliyik. Mən nikbin düşünürəm”. Bu fonda aydındır ki, Azərbaycanın neft gəlirləri bundan sonra da artacaq. Belə vəziyyət isə Azərbaycana neft sahəsində əlavə manevr imkanları qazandırır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ