Bu yaxınlarda Sərhədçi Olimpiya İdman Mərkəzində 23 yaşadək olan gənclər arasında cüdo üzrə respublika birinciliyi keçirilib. Ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayıb.
Bu yarışda DİN İdman Cəmiyyətinin təmsilçisi olan Firudin Dadaşov fərqlənib. O, 90 kiloqram çəkidə olan idmançılar arasında keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vuraraq turnirin qalibi olub.
Qeyd edək ki, F.Dadaşov DİN Daxili Qoşunların idman bölüyünün əsgəridir.
Zeyni Hüseynov DİN mətbuat xidmətinin əməkdaşı