şənbə günü, 24 oktyabr 2026
     

Azərbaycan dünya islam həmrəyliyi tarixində mühüm mərhələyə start verdi... - FOTO

Image


Mehriban Əliyeva: "İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir"

 

Dünən axşam Bakıdakı məşhur Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunlarının çox təntənəli rəsmi açılış mərasimi keçirildi. Müşahidəçilər və analitiklər IV Oyunları Azərbaycanın dünya islam həmrəyliyi tarixində mühüm bir mərhələ açması kimi çox yüksək dəyərləndirir.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib. "Trend"in məlumatına görə, bunu jurnalistlərə Oyunlarda iştirak edən Türkiyə boksçusu Hakan Doğan deyib.

O qeyd edib ki, burada idmançılar üçün hər cür şərait yaradılıb.

İlk döyüşünü Qayana idmançısı ilə keçirən H.Doğan bildirib ki, mübarizə çətin keçib: "Rəqibim fiziki baxımdan məndən güclü idi, lakin bütün gücümü sərf edib qalib gəldim".

H.Doğan bildirib ki, növbəti döyüşdə Azərbaycan boksçusu, dünya çempionu Cavid Cəbiyevlə qarşılaşacaq: "Azərbaycanlılar bizim qardaşımızdır, ancaq bu bir idman yarışıdır və hər kəs qalib olmağa çalışır".

Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, çox gözəl idman oyunlarına ev sahibliyi edir. Bunu jurnalistlərə Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.

IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları İstanbulda keçiriləcək: "Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Qeyd etdiyimiz kimi, dünən Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edib. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkə qatılmayıb.

Açılış mərasiminin keçirildiyi Bakı Olimpiya stadionuna Azərbaycan bayrağı gətirilib. APA-nın məlumatına görə, Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətirilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən qaldırılıb, dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstərilib. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olub və Azərbaycan sularını səhnədəki böyük mis siniyə töküblər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşüb.

Daha sonra komandaların paradı başlayıb. Hər komanda stadiona öz bayrağı altında daxil olub. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.

İdmançıların paradından sonra isə atəşfəşanlıq olub.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və "Bakı 2017" Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useymin çıxış ediblər.

"İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək bizim üçün böyük şərəfdir". Bunu Oyunların açılış mərasimində çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev! İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin! İslam Həmrəyliyi İdman Federasiyasının hörmətli üzvləri! İslam aləminin idmançıları! Xanımlar və cənablar! Hörmətli qonaqlar! Azərbaycana xoş gəlmişsiniz! Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına xoş gəlmişsiniz!

Əziz həmvətənlər! Biz birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarını bu axşam fərəh hissi ilə qəbul edirik. Oyunlara ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.

Bu gün Azərbaycan bütün İslam aləmini qəbul edir. Dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını səmimi qəlbdən salamlayır, onlara “Xoş gəlmişsiniz!” deyirəm. Bütün uğurlar münasibətilə gözəl vətənimizin hər bir vətəndaşını təbrik edirəm və minnətdarlığımı bildirirəm. Qoy Ulu Tanrı Azərbaycanı qorusun!

Əziz dostlar! Əllidən artıq ölkənin nümayəndəsi bu axşam Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini qeyd edir. Sizin burada olmağınız bizim üçün şərəfdir. Qardaşlarımız və bacılarımız, Azərbaycan sizi məmnuniyyətlə salamlayır.

Mən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm".

Birinci vitse-prezident bildirib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir: "İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur.

Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi".

Mehriban Əliyeva vurğulayıb ki, ölkəmizin multikultural tarixi açıq tolerant cəmiyyətimizin ən ülvi hissəsidir: "Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq. Odlar Diyarı Azərbaycan həm də büllur sular ölkəsidir. Bənzərsiz göllərimiz və çaylarmız, şəlalərimiz və bulaqlarımız, Xəzər dənizi əsrlər boyu həyatımızın mənbəyi olub. Ortaq İslam irsimiz, həmçinin əsas yer tutan və həyat mənbəyi olan bu element Qafqaz dağlarından Xəzər dənizinə qədər ölkəmizin təbii gözəlliyinin və özünəməxsusluğunun mühüm hissəsini formalaşdırmaqdadır. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəmzi olan su son beş həftə ərzində Xəzərdən başlayan böyük səyahətdə oldu. O, Azərbaycanın bənzərsiz təbiətini dünyaya nümayiş etdirdi. Hər kəsə sülh və dostluq müjdəsini gətirərək insanları ilhamlandırdı.

Əziz dostlar, mən gözəl, gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm!"

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri əlavə edib: "İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm.

Xalqımızın tərəqqiyə bağlılığı məni ilhamlandırır. Hamımız birgə əldə etdiyimiz nailiyyətlərlə fərəhlənə bilərik. Azərbaycan iki il öncə Birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdı. İndi isə biz dörd qitənin - İslam dünyasının insanlarını Bakıda IV İslam Hərməyliyi Oyunlarında birləşdiririk".

Mehriban Əliyeva xatırladıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib: "Bakı-2017 və idmanın qüdrəti xalqlarımızın İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirir. Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək.

İslam aləminin atletləri! Xanımlar və cənablar! Əziz dostlar! Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına xoş gəlmişsiniz! Azərbaycana xoş gəlmişsiniz!"

“Azərbaycan idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəallıq nümayiş etdirir”. Bunu isə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin deyib.

Baş katib möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edib.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” ilə üst-üstə düşdüyünü vurğulayan əl-Useymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran Baş katib deyib: “Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edir.

Yarışlar Bakının ən müasir 16 idman meydançasında 21 idman növü üzrə keçirilir (atletika və paratletika, suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, güləş (yunan-Roma, sərbəst və qadın), uşu və zorxana).

Atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Qaliblərə 1600 medal təqdim ediləcək.

Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur - 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.

 

Açılış mərasiminə gəlmiş əcnəbilərin dedikləri…

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyirəm". Bunu Trend-ə Bakıya İslamiada ilə bağlı Türkiyənin İstanbul şəhərindən gələn Məhmət Karakapıçı deyib. Mehmet Karakapıçı artıq 25 ildir daim Bakıya gəldiyini bildirib: "Bakıya tez-tez gəlirəm. Mühəndisəm, vaxtilə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışam. Bakını çox sevirəm".

Türkiyəli qonaq qeyd edib ki, birlik İslam dininin əsas qayəsidir: "İslamda insanın insandan fərqi yoxdur, hamımızın ruhu birdir. Nizami Gəncəvi də belə deyib".

Qonaq İslam Həmrəyliyi Oyunlarından gözləntilərini də bölüşüb: "Bu İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyirəm. Düşmənçiliyi yaymaq asandır, sevgini yaymaq, paylaşmaq isə çətindir. Bakıda İslam Həmrəyliyi Oyunlarını təşkil edənlər sevgini yaymağa çalışıblar və belə bir çətin işin öhdəsindən uğurla gəliblər. Hər şey çox gözəl, yüksək səviyyədə təşkil olunub".

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub". Bunu isə Oyunların açılışına gələn iranlı qonaqlar deyiblər.

Onlar qeyd ediblər: "Bu, Bakıya ilk səfərimiz deyil. Hər dəfə Bakını daha da gözəl görürük. Oyunların təşkili isə yüksək səviyyədədir. Təşkilatçılara təşəkkür edirik, hər şey çox gözəldir".

İranlı qonaqlar İslam Həmrəyliyi Oyunlarının dostluq, birlik rəmzi olduğunu və Bakının bu rəmzi çox gözəl təqdim etdiyini vurğulayıb.

"Qardaş ölkə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında gözəl təşkilatçılıq nümayiş etdirir". Bunu İslamiada ilə bağlı Bakıya Türkiyənin Ankara şəhərindən gəlmiş Tamer Özbay deyib.

Qonaq qeyd edib: "IV İslam Həmrəyliyi Oyunlarının gözəl açılışını görmək üçün Bakıya gəldik. İllər öncə Bakıda olmuşdum, o zaman şəhər belə deyildi. Bu dəfə böyük bir inkişafın şahidi oldum. Bakı artıq çox müasir bir Avropa şəhəridir. Əminəm ki, getdikcə daha da gözəlləşəcək".

"Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ölkədə idmanın daha da inkişafına yol açacaq". Bunu isə Kot-d’İvuarın güləş üzrə məşqçisi Allyu Onore deyib.

O, yarışların yüksək səviyyədə təşkil olunduğunu deyib: "Hamı üçün - idmançılar və məşqçilər üçün yaxşı şərait yaradılıb".

Məqşçi qeyd edib ki, o, Bakıya birinci dəfə gəlib və şəhər onun çox xoşuna gəlib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ