Sentyabrın 3-8-də Qırğızstanın Çolpon-Ata şəhərində 2-ci Ümumdünya Köçəri Oyunları keçirilir.
Movqe.az xəbər verir ki, Azərbaycan idmançıları 4 qızıl, 4 gümüş, 6 bürünc medalla 4-cü yerdə qərarlaşıb. Təmsilçilərimiz qızıl medalların hamısını güləşdə qazanıb.
Qızıl medallar:
Şəhriyar Salmanov (güləş, 50 kq çəki dərəcəsi)
Qalib Əliyev (güləş, 60 kq çəki dərəcəsi)
Coşqun Əzimov (güləş, 70 kq çəki dərəcəsi)
Bəxtiyar İsrafilli (güləş, 80 kq)
II Dünya Köçəri Oyunlarında dünyanın 62 ölkəsindən idmançıların iştirakı ilə idmanın 23 növü üzrə yarışlar keçirilir. Azərbaycanı mötəbər yarışda idmanın doqquz növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi təmsil edir. Oyunların proqramına 20-dən çox, o cümlədən güləş, at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Hazırda komanda hesabında 33 medalla Qırğızıstan birinci yeri tutur. Rusiya 24 medalla ikinci, Qazaxıstan isə 18 medalla 3-cü yerdədir.