Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşıb.
“Trend”-in məlumatına görə, ikinci komandamız əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayıb. Azərbaycanın üçüncü yığması isə Türkmənistanla üz-üzə gəlib.
Qadınlardan ibarət əsas komandamız dördüncü turda Rumıniya ilə mübarizə aparıb. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.