Alman futbol əfsanəsi Frans Bekkenbauer korrupsiya ilə bağlı istintaqa cəlb olunub. Baki-xeber.com xəbər verir ki, bu barədə İsveçrəli prokurorlar BBC-ə bildirib.
Mart ayında FİFA Almaniyanın 2006-cı il Dünya Çempionatına ev sahibliyi haqqını qazanmasında iştirakı olan altı nəfəri nəzarətdə saxlayıb.
İsveçrəli ittihamçıların bildirdiyinə görə, onların başlatdıqları təhqiqat FİFA-nın apardığı araşdırma ilə əlaqələndirilib.
Ev sahibliyi ilə bağlı təklifin irəli sürülməsi prosesinə başçılıq etmiş cənab Bekkenbauer korrupsiya barədə ittihamları rədd edib. O, keçən ilin oktyabr ayında tender prosesində "səhv etdiyini" bildirib, lakin səs verənlərin pulla alınması ittihamını rədd edir.
2000-ci ildə keçirilmiş səsvermədə Almaniya Cənubi Amerikanı 12-11 səs çoxluğu ilə məğlub etmişdi.
Dəqiq neçə futbol rəsmisinin istintaqa cəlb olunduğu hələ məlum deyil.