Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib.
Baki-xeber.com-un FHN-in saytına istinadən xəbərinə görə, yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində “FORD“ markalı, Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı mikroavtobusla “SHAQMAN” markalı yük avtomobil toqquşub.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mikroavtobusun sürücüsü, 1969-cu il təvəllüdlü Rusiya vətəndaşı Dadaşov İmran Dadaşbala oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.