"Etimadı doğrultmağa çalışacağam". APA-nın xəbərinə görə, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.
O, İTV-nin baş direktoru vəzifəsinə iddiaçıları əməkdaşlığa dəvət edib.
"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik". Bunu da İTV-nin yeni seçilmiş baş direktoru deyib.
Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".
B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər".