Rusiyalı jurnalist Arkadi Babçenko Kiyevdə evinin girişində qətlə yetirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə onun həmkarı Ajdar Mujdabayev özünün Facebook səhifəsində yazıb. “Arkadi Babçenko kürəyindən güllələnib. Xəstəxanaya qaldırdılar, mən də ora gedirəm”- deyə o qeyd edib.
“Qromadske” radiosunun müxbiri İrina Romayliyskaya isə Babçenkonun keçindiyini xəbər verib və bildirib ki, Ukrayna DİN rəhbərinin müavini Geraşenko xəbəri təsdiqləyib.
Xəbərdə bildirildiyinə görə, Arkadi Babçenko iki Çeçenistan müharibəsindən keçərək təhdidlər səbəbindən Kiyevə yerləşib. Belə ki, hər iki müharibədə döyüşən Babçenko 2000-ci ildə xidmətdən ayrılaraq jurnalistika ilə məşğul olmağa başlayıb. Eyni zamanda həm “Moskovskiy komsomolets” qəzetində hərbi müxbir işləyib, həm də Birinci kanal və TVS televiziyası ilə əməkdaşlıq edib.
2017-ci ildə Babçenko təhdidlər üzündən Rusiyanı tərk etmək qərarına gəldiyini bildirib. Öncə Praqaya köçüb, sonra İsraildə yaşayıb, ötən ilin avqustundan isə Kiyevə yerləşmişdi.
Onun kimlər tərəfindən təhdid olunduğu və qətl edildiyi bəlli deyil.