Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” hesabından birbaşa efiə çıxaraq oğlunun 18 yaşının tamam olduğunu və növbəti çağırışda əsgəri xidmətə gedəcəyini deyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Xəbərə görə, onun ardınca öğlu Aşot Paşinyan çıxış edərək bir qərar qəbul etdiyini və “Artsax”da xidmət keçməsi üçün müvafiq ərizə yazdığını açıqlayıb.
Baş nazir eyni zamanda Ermənistan hüdudlarından kənarda yaşayan hərbi mükəlləfiyyətli gəncləri “vətənə qayıdaraq borcunu ödəməyə” çağırıb və onlara qarşı hər hansı hüquqi prosedur başladılmayacağını vəd edib.