şənbə günü, 17 oktyabr 2026
     

Döyüşən heykəllər, yanan heykəllər...

Image


Tələbə və ya şagird olduqlarını bilmədim. Onu bildim ki, tariximizdən, ədəbiyyatımızdan xəbərsizdilər...

“Azərbaycan” kinoteatrının qarşısında Xan qızı Natəvanın heykəlinin çevrəsinə əkilən güllər ona xüsusi gözəllik verirdi və bu diqqətimdən yayınmadı. Heykəlin şəklini çəkəndə birdən yaxınlıqdan keçən iki-üç nəfər qızın yarı rus, yarı ana dilimizdə: “Bu xaricilər bunun şəklini nəyə çəkirlər e, bu quru heykəldə nə görüblər axı”,- deməsi bir anlıq başıma od ələdi, ovqatımı korladı, elə bil ürəyimdə mərmi partladı. Özümü güclə saxladım.

Zaman-zaman yağmalanan Vətənimin, soyqırımlara məruz qalan xalqımın XXI əsrdə yaşayan övladları Xan qızı Natəvanı tanımırlar. Təəssüf, min təəssüf...

Əcnəbi musiqilərin qulağımızı yağır etdiyi, beynimizi döyəclədiyi Fəvvarələr meydanında gəzib-dolaşan onlarla soydaşım bəlkə də bu heykəlin kimin olduğunu bilmir. Hardan bilsinlər? Və yaxud da rəhmətlik Sabirin “Oxutmuram əl çəkin” şerinin tonunda: “Bilmirəm, əcəb edirəm, bilməyə borcluyam ki”,- deyənlər nə çox...

Qınayıram, özümü də, sizi də, elə hamımızı da. Belə “uşaqları” görəndə yada ilk düşən müəllimlər olur. Bəli, onlar da qınanılasıdırlar. Niyə? Heç olmasa o uşaqları dörd divar arasından çıxarıb ədəbiyyat dərslərindən birini də elə bu heykəlin yanında keçsinlər. Uşaqlar Natəvanı, tariximizi, soyumuzu, kökümüzü, lap elə mayın səkkizində yoxluğunun 26-cı ildönümünün ağrısını çəkdiyimiz Şuşanı tanısınlar. Ən azından Bülbülün, Natəvanın, Üzeyir bəyingüllə-boran edilmiş heykəllərini gözləriylə görsünlər. Görüb bilsinlər ki, düşmənlərimiz camızın, qanımızın qəsdinə durduğu kimi,min illər boyu yaratdığımız maddi-mənəvi sənət əsərlərinin, tarixi abidələrimizin, heykəllərimizin də qəniminə çevriliblər.

Şair Bəhman Vətənoğlu demiş:

Ehtibar, etiqat olub sər - səri,

Ülfət də azalıb illərdən bəri,

Siz ey məmləkətin müəllimləri,

 

Ülfət dərsi keçin bu uşaqlara.

Bilsin doğrusunu, bilsin düzünü,

Seçsin ləpirini, görsün izini,

Dərindən tanısın özü-özünü,

Millət dərsi keçin bu uşaqlara.

 

Vətən satanları tanımaq ücün,

Vətən alanları tanımaq ücün,

Düşmən olanları tanımaq ücün, ,,

NIifrət dərsi keçin bu uşaqlara.

 

Elimlə göylərə uçmasanız da,

Hippokrat andını içməsənizdə,

Kimləri, nələri keçməsəniz də, 

Qeyrət  dərsi keçin bu uşaqlara...

Bu uşaqlar, bu gənclər bilsinlər  ki, Fransız yazıçısı və səyyahı Aleksandr Düma Azərbaycana gələndə Xan qızı Natəvanla görüşüb, onun ağlına, dünyagörüşünə, istedadına heyran olub. Ona xatirə olaraq şahmat hədiyyə edib. Xan qızı da Aleksandra tikmələrini bağışlayıb.

Dərdin özü olub Natəvan. Gördüyünü, bildiyini, içində çəkdiyini gülə-çiçəyə, bu gün matəm gülü dediyimiz Qərənfilə danışıb və qərinələr, yüz illər keçməsinə baxmayaraq bu günümüzü də böyük uzaqgörənliklə, yanğı ilə qələmə alıb.

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

 

Səni gülşən ara aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

 

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

 

Görəsən bu günlərimi düşünüb Natəvanı belə qəmgin, gözü yolda yaradıb heykəltaraş. Və bu heykəlin düz şəhərin mərkəzində qoyulmasının bir sirri, şifrəsi varmı? Varsa da hələ ki, biz onu çözə bilməmişik.

Mən bir ipucu tapmışam. Heykəli bura qoyanlar, əlbəttə ki, nəyisə biliblər, düşünüblər. Düşünüblər ki, nə vaxtsa Xan qızını tanımayan, unudan olsa ən azından bura yolu düşəndə onu görəcəklər, tanıyacaqlar, xatırlayacaqlar və heç zaman unutmayacaqlar. Unutmayacaqlar?!..

Yeri gəlmişkən, çoxdandı ki, məni sıxan, narahat edən bir fikri də yazmaq istəyirəm. Ötən yeni ildə Xan qızının heykəlinin yanında bir ayı personajı düzəltmişdilər. Özü də arxası Xan qızına tərəf. Düzü, ayını ora qoyanların kimliyi məni elə də maraqlandırmır. Demirəm ki, şəhərimizi gələn qonaqları əyləndirmək, onları cəlb etmək üçün yeniliklər olmasın. Olsun, amma baxır harda. O ayıdan biz azmı çəkmişik...

İnanıram ki, bu il yeni ildə ayı həmin heykəlin yanında olmayacaq. İnanıram ki, o heykəlin daha əzəmətlisini biz Xankəndində ucaldacağıq. Natəvanın heykəli Azərbaycan bayrağının kölgəsində ən xoşbəxt günlərini yaşayacaq. Bəli, yaşayacaq! İnanıram ki, Xan qızını tanımayan o qızlar və ya onların övladları nə vaxtsa orda-azad edilmiş yurd yerində heykəlin önünə gül-çiçək dəstələri düzəcək, hələ üstəlik xatirə şəkli də çəkdirəcəklər. Elə hər birimiz o günü gözləyirik. O gün isə...

Azərbaycan əsgəri deyir ki, çox da uzaqda deyil...

Hafiz Hacxalıl

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ