çərşənbə axşamı günü, 18 avqust 2026
     

“Babamgil son nəfəslərinə qədər SSRİ-nin dağılacağına ümidlərini itirmədilər...”

Image


Azərbaycan Xalq Cumhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Mehmetzadənin APA-ya müsahibəsi

- 27 may 1960-cı ildə hərbi çevriliş ilə hakimiyyətdən uzaqlaşdırılan prezident Cəlal Bayar Qafqaz İslam Ordusunun Azərbaycanı tərk etməsinə dair sizə nə danışmışdı?

- 1968-ci ildə Bursanın Gəmlik qəsəbəsindəki isti su müalicə mərkəzində idik. Keçmiş prezident Cəlal Bayarın evi bizim qaldığımız yerin düz qabağında - Umurbəydə idi. Səməd Ağaoğlu xanımı ilə Cəlal Bayarın evinə gedib onu və xanımını da götürərək isti suların olduğu yerdə nahara gəlmişdilər. Bayram ərəfəsi idi, bir də gördük ki, restoranda hamı ayağa qalxdı. Cəlal Bayar, Səməd Ağaoğlu və xanımları restorana daxil oldular. Mən Səməd Ağaoğluna xəbər göndərdim ki, vaxtı varsa, Səma xanımın oğlu Kərim bəy onunla görüşmək istəyir. Səməd bəy “Təbii, buyursunlar” - dedi, onların yanına getdik. (Daha sonra o görüşdə çəkilmiş şəkilləri sizə verəcəyəm.) Cəlal Bayar o vaxt 85 yaşında idi, 1986-cı ildə 103 yaşında vəfat etdi. Çox güclü yaddaşı vardı. Səməd bəy dedi ki, Kərim bəy Xan əminin nəvəsidir. O vaxt Türkiyədəki bütün azərbaycanlılar babam Hüseynqulu xana “Xan əmi” deyərdilər. Səməd bəy soruşdu ki, Xan əminin kim olduğunu bilirsinizmi? Cəlal Bayar, çox yaşlı olmasına baxmayaraq, babamı xatırladı. Səməd bəy dedi ki, bizim iqtidarımız vaxtında Azərbaycanla bağlı iclaslar keçirirdik, Fətəli xan Xoyskinin müstəqil Azərbaycan Cumhuriyyətinin ilk baş naziri olduğunu bilirsiniz, onun böyük qardaşı Hüseynqulu xan da o iclaslarda iştirak edirdi, İstanbuldakı azərbaycanlıların lideri o idi. Xeyli söhbət etdik. Cəlal  Bayar keçmişdə baş verən hadisələri xatırladı. Qafqaz İslam Ordusu Azərbaycana göndəriləndə Cəlal Bayar Osmanlı parlamentində Manisa millət vəkili olub. Bayar dedi ki, Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olaraq Mondros sazişini imzalamasından sonra Qafqaz İslam Ordusunun Azərbaycanda qalması mümkün deyildi. Ordunun orada qalması müxtəlif bəhanələrlə 1-2 ay uzadıla bilərdi. Nuri Paşa böyük qardaşı Ənvərə teleqram göndərərək Azərbaycan ordusunu gücləndirmək üçün bir neçə ay da qalmaq istədiyini bildirir, ancaq Mondros sazişi hər şeyə əngəl olurdu. Cəlal Bayar bunların hamısına şahid olmuşdu və təfərrüatları ilə bizə danışdı. O vaxt ingilislər də bölgədən çıxdılar. Bayar deyirdi ki, türk ordusu və ingilislər bölgədən çıxandan sonra Azərbaycan ordusu ruslara və ermənilərə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldı. O, rus ordusu bölgəyə yaxınlaşanda Azərbaycan parlamentində müstəqilliyə qarşı olan qüvvələrin də təzyiqi ilə milli hökumətin devrilməsindən danışdı.

- Azərbaycanda cərəyan edən hadisələrin hamısının xəbəri gəlirmiş, eləmi?

- Cəlal Bayar hamısını xatırlayırdı. Səməd bəy dedi ki, Kərim bəy Xan əminin nəvəsidir. Biz illər boyu ailəlikcə Sürəyya abla ilə, Tezer abla ilə, Səməd bəylə tez-tez görüşürdük. Onlar bizim ailəmizə çox yaxın olublar. Cahangir Kazımbəylinin (Gəncənin müdafiəsinin qəhrəmanlarından biri) böyük oğlu 1958-ci ildə Səməd bəyin bibisinin nəvəsi ilə evləndi -  Əhməd Ağaoğlunun bacısı nəvəsi ilə. Ərə gedən qızın adı Sona idi.

- Səhv etmirəmsə, İsmət Giritli də o ailədən qız almışdı...

- İsmət Giritli ilə bacanaq olmuşdular.

- Səməd Ağaoğlu ilə Cəlal Bayarın çox yaxın olduğunu deyirsiniz. Eşitdiyimizə görə, Cəlal Bayar deyibmiş ki, Səməd Ağaoğlunu Adnan Menderesdən əvvəl tanısaydım, Demokrat Partiyasının lideri və baş nazir Səməd bəy olardı. Sizin bu barədə məlumatınız varmı?

- Bayar ilə Ağaoğlu çox yaxın idilər. Onların yaxınlığının əsas səbəbi Cəlal Bayarın çox geniş mütaliəyə və mədəniyyətə malik olması ilə bağlı idi.

 

"Əhməd Ağaoğlu Atatürklə çox yaxın idi. Atatürk bəzən ona əsəbiləşirdi. Ağaoğlu Əli bəy Hüseynzadəni də əsəbiləşdirirdi"

 

Digər tərəfdən, Cəlal Bayarın Səməd bəyin atası Əhməd Ağaoğlu ilə də yaxınlığı olmuşdu. Əhməd Ağaoğlu Atatürk ilə də çox yaxın idi. Atatürk bəzən ona əsəbiləşmişdi, bəzən Atatürkü əsəbiləşdirmişdi. Ancaq əslində Əhməd Ağaoğlu hamını əsəbiləşdirirdi... (Gülür.)

- Niyə?

- Ağaoğlu birbaşa danışan adam idi. Əlibəy Hüseynzadəni də çox əsəbiləşdirirmiş.

- Onu niyə?

- Onlar çox yaxın dost olublar, ancaq ən çox mübahisə edən adamlar da onlar olub. Hər gün görüşüblər, hər gün mübahisə ediblər, ancaq 5 dəqiqədən sonra hər şey keçib gedirmiş, fikir və düşüncələri ətrafında mübahisə edirmişlər.

- Bayarın Səməd Ağaoğlu ilə iddiasına dair siz nəsə eşitmisinizmi?

- Bəlkə Cəlal Bayar Səməd Ağaoğlunu Demokrat Partiyasının başına gətirə bilərdi, ancaq o vaxt Menderes çox fəal idi. Populyarlıq baxımından Menderes Cəlal Bayardan da öndə idi. Ona görə mən Cəlal Bayarın Səməd Ağaoğlunu Demokrat Partiyasının başına gətirə bilmək üçün gücü olduğuna inanmıram. Çünki o iş tamamilə Cəlal Bayarın əlində deyildi, Adnan Menderesin qabağını kəsmək mümkün deyildi. Məsələn, indi Məhərrəm İncə prezidentliyə namizəd oldu, Kamal Kılıçdaroğlu onun qabağını kəsə bilməzdi, ictimaiyyət arasındakı populyarlığı baxımından Məhərrəm İncə daha yaxşı vəziyyətdədir. Səməd Ağaoğlu ilə bağlı mənim demək istədiyim də buna çox yaxındır. Cəlal Bayar Menderesin qabağını ala bilməzdi.

- İqtidara gələndən sonra...

- Səməd Ağaoğlu Menderesin bütün hökumətlərində nazir, baş nazirin müavini oldu.

- Menderesin ilk hökumətinin xarici işlər naziri Fuad Köprülünün xaricdən gələn türklərlə maraqlanmadığını iddia edirlər. O işlərin hamısı Səməd Ağaoğlunun çiyinlərinə düşübmüş. Bu barədə nə demək istərdiniz?

- Cəlal Bayar, Adnan Menderes, Fuad Köprülü və Refik Koraltan Cumhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq Demokrat Partiyasını qurdular. Partiyanı sonra genişləndirdilər.

- Məsələn, Mirzəbala Məmmədzadə şikayət edirmiş ki, Fuad Köprülü bizimlə heç maraqlanmadı...

- Təbii, təbii. Fuad Köprülünün heç kimə köməyi dəymədi, bütün işləri Səməd Ağaoğlu gördü. Hamı Səməd Ağaoğlunun yanına gedirdi.

- Bunun bir səbəbi də Qafqaz İslam Ordusu Azərbaycana gedəndə Əhməd Ağaoğlunun ordunun komandanı Nuri Paşanın siyasi müşaviri olması ilə bağlı idi?

- Təbii ki, bir çox şey oraya bağlı idi. Nuri Paşanın da Azərbaycandan gələnlərlə çox yaxın münasibəti olmuşdur, o da çox sadə və təvazökar adam olub. Ənvər Paşanın kiçik qardaşıdır. Onların əsas gücü əmiləri Xəlil Paşanın Kut-ül-Amarədəki ordusu idi, ingilislərin böyük ordusuna qalib gəlmişdi. Azərbaycana gedən hərbi qüvvələrin çoxu isə Suriyadakı cəbhədən idi.

 

"Fətəli xana teleqram gəlib, orada yazılıb ki, Nuri Paşa yoldadır. Fətəli xan babama deyib ki, ağabəy, Gəncədəki adamlarımızı bir yerə topla"

 

Nuri Paşadan sonra Xəlil Paşa Bakıya getdi. Mürsəl Paşa, Vəhib Paşa da sonra getdilər. Onlara general rütbəsi Azərbaycana getdiklərinə və orada qazandıqları zəfərlərə görə verilmişdi. O vaxt qılıncla savaşmaq asan deyildi.

- Nuri Paşanın ordusu 10 may 1918-ci ildə Təbrizdən yola düşüb Xudafərin körpüsündən keçərək Zəngəzur yolundan təxminən mayın 20-də Gəncəyə çatmışdı. Onları Gəncədə babanız Hüseynqulu xan qarşılamışdı?

- Təbii. Fətəli xana teleqram gəlib, orada yazılıb ki, Nuri Paşa yoldadır. Fətəli xan babama deyib ki, ağabəy, Gəncədəki adamlarımızı bir yerə topla. Gəncə o vaxt məhəllə kimi imiş, böyük şəhər-zad yox imiş. Bir xəbər salan kimi, hamı gəlirmiş. Nuri Paşa və bəzi adamları Adil xanın evinə gediblər, Pişnamazzadə də gəlib, ordakıları Nuri Paşaya təqdim edib. O da çox mühüm işlər görüb. O vaxt çəkilən şəkillərdə Məhəmməd Əmin var, Fətəli xan var, babam var, doktor Xudadat bəy var. Azərbaycanlı generalın adı nə idi?

- Şıxlinski.

- Şıxlinski. Onun adamlarından da orduya cəlb edirlər.

- Babanızın sayəsində Şıxlinskinin “vəhşi diviziyası” da Azərbaycanın müstəqilliyinin müdafiəsinə qoşulmuşdu...

- Babam da 1904-cü ildəki Rus-yapon müharibəsində iştirak etmişdi. Gözünə girən mərmini çətinliklə çıxarmışdılar, ona görə hərbi xidmətə davam edə bilməyib, general rütbəsi ala bilməmişdi. Şıxlinski Rus-yapon müharibəsinin qəhrəmanlarından biri idi, babamla çox yaxın dost idilər.

- Babanız Polşadan nə vaxt qayıtdı?

- Babam orada çox qalmamışdı, bir neçə ildən sonra İstanbula qayıtmışdı. Ona fəxri general rütbəsi vermişdilər. Babam Gəncəni ruslardan bir müddət müdafiə edəndən sonra Cahangir Kazımbəyli ilə İstanbula gəlib.

 

"Nənəm öz ərinin İstanbuldakı yerini bilmirdi, babam isə xanımının uşaqlarla birgə İstanbula gəlməsindən xəbərdar deyildi. Onlar Batumidən gəmiyə minərək İstanbulun Karaköy limanına gəliblər, Eminönüdə təsadüfən babamla üz-üzə gəliblər, çox ağlayıblar"

 

Babamın xanımı və övladları 2 ildən sonra İstanbula gələ bilmişdilər. Bilirsənmi, Eminönündə babam və xanımı Şirinbəyim nənəm təsadüfən rastlaşıblar.

- Eləmi? Nə qədər dramatik bir hadisə...

- Bəli. Nənəm öz ərinin İstanbuldakı yerini bilmirdi, babam isə xanımının uşaqlarla birgə İstanbula gəlməsindən xəbərdar deyildi. Onlar Batumidən gəmiyə minərək İstanbulun Karaköy limanına gəliblər. Heç kimi tanımırlar, uşaqlarla körpüdən Eminönünə keçiblər, təsadüfən babamla üz-üzə gəliblər. Nənəmə deyiblər ki, Azərbaycandan gələn mühacirlər əsas etibarilə Sultanəhməd məscidinə yaxın yerlərdə yaşayır. Dörd uşaqla gələn nənəm heç kimi tanımırmış, onların əllərindən tutub Eminönünə keçib, orada əri ilə qarşılaşıb. Çox ağlayıblar. Bu möcüzədir. Daha sonra babam Polşaya gedib. Orada Cahangir bəyə rəsmi general rütbəsi veriblər. Babama isə fəxri general rütbəsi veriblər. Babam o vaxt onsuz da pensiyada idi, fəal şəkildə orduda xidmət edə bilməzdi. Babamgilin əsas fikri Azərbaycana qayıtmaq idi, başqa niyyətləri yox idi. İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirləri Almaniyadan çıxarıblar, onları əvvəl Avstriyaya, oradan isə İtaliyaya göndəriblər. Onların Türkiyəyə gəlməsinə icazə veriləndən sonra təxminən 1500 nəfər azərbaycanlının burada qarşılanmasını babam təşkil edərək işlərini sahmana salıb. Ona görə hamı babama Xan əmi deyirdi.

- Babanız Nuri Paşa ilə yaxından əlaqə saxlayırdımı?

- Babamgil Türkiyəyə gələn kimi Nuri Paşa ilə əlaqə yaratmışdılar, çox yaxın dost idilər.

- Nuri Paşanın silah zavoduna babanız da gedirdimi?

- Nuri Paşanın emalatxanası əvvəlcə Bakırköydə idi...

- Zeytunburnunda...

- O vaxt o bölgənin hamısına Bakörköy deyirdilər, sonradan Zeytunburnu dedilər. Daha sonra silah zavodunu Südlücəyə köçürdü. Nuri Paşa çox aktiv adam idi, dövlət ona heç bir yardım etmirdi, hər şeyi öz təşəbbüsü ilə həyata keçirirdi. Zavoda bir neçə alman da gətirmişdi, partlayıcı maddələr istehsal edirdi.

- Sizcə, Nuri Paşanın zavodunda baş verən partlayış təsadüf idi, yoxsa əvvəlcədən planlaşdırılmış təxribat?

- Məncə, təsadüf idi. Nuri Paşanın meyiti çox gec tapıldı. O hadisə babama da çox pis təsir etmişdi.

 

"Stalinin ölümünə qədər İstanbuldakı azərbaycanlılar daima qorxu içində idilər. SSRİ-dən yüksək vəzifəli şəxs İstanbula gələndə babam, nənəm, digər mühüm şəxslər bir neçə gün küçəyə çıxa bilmirdilər"

 

Stalinin ölümünə qədər İstanbuldakı azərbaycanlılar daima qorxu içində idilər. Məsələn, SSRİ-dən yüksək vəzifəli şəxs İstanbula gələndə babam, nənəm, digər mühüm şəxslər bir neçə gün küçəyə çıxa bilmirdilər. Bir neçə polis gəlib onların evində otururdu. Guya azərbaycanlılar rusların yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd təşkil etməsinlər deyə tədbir görülürdü. 2-3 il bu şəkildə davam etdi. Həmişə eyni polislər gəlirdi, onlarla dost olmuşduq, çay-qəhvə-yemək verirdik. Burada Şəfi bəy, İdris bəy, Mirzə bəy SSRİ-nin səlahiyyətli nümayəndələri gələndə nəzarət altında saxlanırdı. Mirzə bəy Nəsibbəy Yusifbəyilinin kürəkəni idi, Zöhrə Göygölün əri. Mirzə bəy Azərbaycan hökumətinin Avropaya göndərdiyi 100 tələbədən biri idi, Berlində oxumuşdu. Mirzəbala Məmmədzadə kitablar, məqalələr yazırdı. Bəzən Münhenə gedirdi, orada dərgi çıxırdı, bizə də gəlirdi, təəssüf ki, onlar itdi...

- Babanızın mayor Fətəlibəyli ilə də münasibəti var idimi? Fətəlibəyli müharibədən sonra İstanbulda çox qaldımı?

- Mayor buraya gəlib-gedirdi, çox az qalırdı. Onların evi Almaniyada idi, gələndə babamla görüşürdülər. Onların hamısı SSRİ-yə kənardan müdaxilə nəticəsində rus imperiyasının çökəcəyinə ümid bəsləyirdilər. Ancaq bu mümkün deyildi, içəridən dağılmayan bir imperiyanı qıraqdan müdaxilə ilə necə çökdürmək olardı? Özünüz də gördünüz ki, SSRİ içəridən dağıldı, o da bir möcüzə idi. Ancaq babamgil son nəfəsə qədər ümidlərini itirmədilər...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ