"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiyamız bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib". Trend-in məlumatına görə, bunu missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç prezident seçkilərinin nəticələri ilə əlaqədar keçirdikləri brifinqdə deyib.
Onun sözlərinə görə, ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi prosedurlar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi".