"Azərbaycanda seçkilər yüksək rəqabət şəraitində demokratik, şəffaf keçirilib. Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır". Trend-in məlumatına görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatının missiya üzvü Rəşid Alimov Kutbidinoviç prezident seçkilərinin nəticələrinə həsr olunan brifinqdə deyib.
O, Azərbaycana seçki prosesini izləmək üçün Xarici İşlər nazirliyinin dəvəti ilə aprelin 5-də gəldiklərini söyləyib.
R.A.Kutbidinoviç qeyd edib ki, 16 təcrübəli missiya üzvü Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda müşahidələr aparıb. Missiya müşahidələrin nəticələrini bu gün MSK-ya təqdim edəcək, daha sonra isə təşkilatın saytında yerləşdiriləcək: "Azərbaycanda seçkinin keçirilməsi üçün bütün lazimi şərait yaradılıb, seçkidə əlillərin də iştirakı təmin edilib, məntəqələrdə videomüşahidələr aparılıb. Bu da istənilən vətəndaşa imkan verirdi ki, seçkini izləsin".