Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub. Trend-in məlumatına görə, bunu Çexiya Deputatlar Palatasının üzvü, Avropa İşləri üzrə komitənin sədr müavini Yirji Valenta prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında bildirib.
Seçkiləri müşahidə edən Y.Valenta əlavə edib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar.
Y.Valenta qeyd edib ki, o, həmkarı Yaroslav Holiklə birgə 14 məntəqədə olub və hər hansı qanun pozuntusu ilə rastlaşmayiblar.