Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərin sayı açıqlanıb.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan səsvermə başaçatanadək - saat 19:00-dək MSK-a 300-ə yaxın müraciət daxil olub. Bildirilib ki, bunlar sorğu xarakterlidir, şikayət xarakterli məlumat daxil olmayıb.