Azərbaycanda prezident seçkilərində səsvermədə (səsvermə başlayan andan - saat 08:00-dan başa çatanadək, yəni saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb.
Trend-in məlumatına görə, seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 713 seçicidən 32 132 nəfəri (83%) səsvermədə iştirak edib.
O bildirib ki, passiv seçki dairəsi isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Burada qeydiyyatda olan 40 068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.