Pirşağıda məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən "Trend"-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.