“Son gunlər ölkə jurnalistlərinin ünvanına bir sıra şəxslərin adından səslənən təhqiredici ifadələr qəbulolunmazdır. Bu cur məsuliyyətsiz sözlər mətbuatın nüfuzuna xələl gətirir, eyni zamanda cəmiyyətdə mətbuatın kütləvi hədəf alınmasına şərait yaradır.”
Bu fikirləri “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov AMEA-nın Coğrafiya İnstitunun rəhbəri tərəfindən jurnalistlərin ünvanına səsləndirilən təhqiredici ifadələrə münasibət bilidirərkən deyib. O bildirib ki, bu cür hallar bağışlanmazdır: “Jurnalistləri təhqir edənlər ciddi cəzalandırılmalıdır. Əks halda digər mənfi ünsürlər də bu cəzasızlıqdan istifadə edib mətbuatı hədəfə alacaq. Bu həm də onu göstərir ki, jurnalistlər layiq olmayan insanları gündəmə çıxarmağın cəzasını çəkir.”