Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərini müşahidə etmək üçün 603 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.
Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, seçkiləri 52 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 54 ölkəni təmsil edirlər.
Dairə seçki komissiyalarında isə müşahidə aparmaq üçün 55 min 965 yerli müşahidəçi qeydiyyatdan keçib.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçicilərin səs verməsi üçün 5426 daimi, 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.
Ümumilikdə respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi seçicilərin səs verməsi üçün açıq olacaq.