Nəsimi Rayon İcra Hakimiyyəti ötən cümə günü Nizami Kino Mərkəzində Azərbaycan Müdafiə Nazirliyi ilə birlikdə aprel döyüşlərinin ildönümünə həsr olunmuş çox möhtəşəm bir tədbir keçirdi. Tədbirdə eyni zamanda Nəsimi RİH-in və Müdafiə nazirliyinin sifarişilə lentə alınmış “Azərbaycan əsgəri” adlı klipin də təqdimatı oldu.
Qeyd edək ki, “Azərbaycan əsgəri” mahnısını Əməkdar artistlər Ehtiram Hüseynov, İlkin Əhmədov və Tural Salmanov ifa edir. Mahnının sözləri Zahid Əzizova, musiqisi Elvin Orucova aiddir.
Həmin klipi təqdim edirik: