Rusiyanın Kemerovo şəhərində 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində yanğın baş verib.
Baki-xeber.com-un xəbərinə görə, ilkin məlumatda hadisə nəticəsində 53 nəfərin həyatını itirdiyi bildirilir.
Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə “Trend”-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.