Martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
Fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.
Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub.
Diqqətə çatdırıldı ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan Prezidenti pambıqçılarla görüşdü.
Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Sonra səpin işlərinə başlanıldı.
Daha sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxdı.
Məlumat verildi ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.