Rusiya Kəşfiyyat İdarəsinin keçmiş zabitinin Londonda zəhərləndirilməsi Avropa ittifaqı ölkələri ilə Rusiya arasında münasibətləri pisləşdirməkdə davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu günlərdə Avropa Birliyinin Brüsseldə keçirilən sammitində Aİ-in Rusiyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edilib. Bu barədə İsveçin baş naziri Stefan Leven bəyanat verib.
Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda qızı Yuliya ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.