Azərbaycanda böyük bir əfv gözlənilir. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
O.Əsədov qeyd edib ki, Prezident yanında Əfv Məsələləri Komissiyasi öz işini davam etdirir: “Əfv sərəncamını imzalamaq cənab Prezidentin səlahiyyətindədir, amma yaxın zamanlarda böyük əfv olması gözlənilir”.