Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.
Bu barədə “Trend”-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.