çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Fikrət Məmmədov Ədliyyə Nazirliyində 2017-ci ilin yekunları ilə bağlı geniş kollegiya iclası keçirdi

Image


Yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş Kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirak etdiyi iclasda 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, dünyada təhlükələrin, təlatümlərin artdığı şəraitdə Azərbaycanın 2017-cı ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan ədliyyəsi də ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq islahatlar aparılmaqla təkmilləşir və müasirləşir. Bu sahədə islahatlara beynəlxalq maraq artaraq ötən il ölkəmizin məhkəmə sistemindəki nailiyyətləri Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülüb, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunub.

İclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər əyani təqdimat keçirilməklə təhlil edilib.

Qeyd olunub ki, 2017-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 23% çox - 1.400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3.200-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan və əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına müraciət edənlərin sayı 56 faiz artaraq 810 minə çatıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 13 min vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, bu əməliyyatlarla bağlı 44 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 40 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.

Eyni zamanda, Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində il ərzində rəsmiləşdirilən əməliyyatların 21 faizi, verilmiş hazır sənədlərin 44 faizi ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən həyata keçirilib.

Həmçinin, vətəndaş məmnunluğunun təmin edilməsi, doğumun qeydiyyatı sahəsində müddət gecikmələrinin qarşısının alınması məqsədilə 2017-ci ildə 5.200-dən çox doğum səyyar qaydada bilavasitə tibb müəssisələrində rəsmiləşdirilib.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.180 təşkil edir, KİV-lərin sayı isə 5.200-ə çatıb.

Diqqətə çatdırılıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,6 milyonu ötüb.

Məhkəmə Ekspertizası Mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 34.800-dən artıq iş daxil olub, bu zaman ekspertlər 785 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll ediblər.

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62.600 bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 1.454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2.640 hektar torpaq sahəsi geri qaytarılıb. Həmçinin, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib və onların əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Kollegiyada həmçinin bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 218 nəfər qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 600 vakant ştat vahidi komplektləşdirilib. Hazırda növbəti müsabiqədən uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçirlər. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilərək, 200-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib.

2017-ci il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi baxımından zəngin olub, Gürcüstan, İran, Belarus, Ukrayna və Latviyanın ədliyyə nazirləri ölkəmizə, nümayəndə heyətimiz isə Əlcəzairə və Latviyaya səfərlər edib, ədliyyə sahəsində mühüm sənədlər imzalanaraq ölkə Prezidentinin fərmanları ilə təsdiq olunub.

İctimai iştirakçılıq təmin olunaraq cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə və beynəlxalq təşkilatlar tərəfindən penitensiar müəssisələrə 302 başçəkmə həyata keçirilib və bu zaman İctimai Komitə tərəfindən 300-ə yaxın məhkuma hüquqi yardım göstərilib.

Nazirlikdə yaradılmış və işində İctimai Komitənin də fəal iştirak etdiyi Xüsusi Komissiyanın fəaliyyəti 2017-ci ildə davam etdirilib və məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələrə göndərilmiş müraciətlərin 98%-si (2.200) müsbət həll edilib.

İclasda dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunularaq hüquq mühafizə orqanları üçün "yol xəritəsi" olan bu mühüm sənəddə verilmiş tapşırıqların icrası üzrə görülən tədbirlərdən bəhs olunub.

Bildirilib ki, insanların azadlıq hüququnun qorunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə cəza-icra qanunvericiliyi xeyli humanistləşdirilib, Probasiya xidməti yaradılmaqla probasiya nəzarəti təsbit olunub, cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi üzrə tədbirlər görülüb. Kollegiyada elektron nəzarət vasitələrindən istifadə qaydaları barədə əyani təqdimat keçirilərək, elektron qolbaqların nümunələri nümayiş etdirilib.

Həmçinin qeyd olunub ki, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərlə bir çox cinayətlərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub, nazirlik tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq məhkəmələrə müvafiq təqdimatlar göndərilib və artıq onlardan 500-ə yaxını baxılaraq təmin edilib.

Kollegiyada ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş tədbirlər çərçivəsində, həmçinin penitensiar sistemdə insan hüquqlarının təmin olunması, xüsusilə neqativ faktların, sui-istifadə və pis rəftar hallarının aradan qaldırılması müzakirə edilib.

Nazir F.Məmmədov ölkə başçısının siyasi iradəsini nəzərə alaraq insan hüquqlarının təmin edilməsinin, ədliyyə və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və pis rəftarın digər hallarına qəti dözümsüzlük nümayiş etdirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Bildirib ki, pis rəftarın qeyd-şərtsiz yolverilməzliyi nəzərə alınaraq, işgəncə və pis rəftarla bağlı bütün müraciətlər dolğun, hərtərəfli və obyektiv araşdırılmalı və belə faktlar öz təsdiqini tapdığı təqdirdə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün heç bir güzəşt edilmədən ən sərt tədbirlər tətbiq olunmalıdır, bununla da işgəncəyə görə cəzanın mütləq qaçılmazlığı prinsipi təmin edilir.

Bu prinsipin və siyasi iradənin bariz təzahürü olaraq Prezident yanında Əfv Məsələləri Komissiyası tərəfindən işgəncə və ya pis rəftara görə məsuliyyətə cəlb olunmuş şəxslərə münasibətdə əfv, habelə amnistiya aktlarının tətbiq olunmamasının qərara alındığı vurğulanıb.

Nazir həmçinin, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən cəzaçəkmə müəssisələrində aparılan müstəqil monitorinqlərin, habelə işgəncələrə qarşı treninqlərin intensivləşdirilməsinin vacibliyini qeyd edərək, bu tədbirlərin neqativ halların qarşısının alınmasına xidmət edəcəyini bildirib.

Eyni zamanda, dövlət başçısının Sərəncamından irəli gələn tapşırıqlarının icrası çərçivəsində, habelə CPT-nin tövsiyələri nəzərə alınmaqla, cəzaçəkmə yerlərində pis rəftarın növü kimi xarakterizə olunan sıxlığın azaldılması üçün tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Tədbirə dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, Ədliyyə Nazirliyinin ictimai iştirakçılığa hər zaman xüsusi önəm verdiyini və səmərəli əməkdaşlığı vurğulayıblar.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, bununla bağlı tabe qurumların rəhbərləri dinlənilib, işin səmərəliliyinin artırılmasına dair aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada ölkə Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması vurğulanıb. Eyni zamanda, ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nəzarətin gücləndirilməsi, penitensiar sistemdə nizam-intizamın və mühafizənin möhkəmləndirilməsi, məhkumların tibbi təminatına diqqətin artırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

İclasda  həmçinin, cari məsələlərə baxılıb, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ akt layihələri müzakirə olunaraq təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ