ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bu il Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın prezidenti G.Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyi müşayiət edəcək.