Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir.
Bu barədə “Trend”-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.
Səfir bildirib: "Biz Azərbaycana şərq bazarlarına çıxış qapısı kimi baxırıq və istəyirik ki, Azərbaycan Macarıstanı Avropa İttifaqı bazarlarına çıxış nöqtəsi hesab etsin". Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan V.Sederkenyi deyib ki, Avropa ilə Asiyanı birləşdirən istənilən infrastruktur layihəsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir: "Bununla əlaqədar biz BTQ dəmir yoluna böyük əhəmiyyət veririk, çünki o, Asiya ilə Avropa arasında yük daşınmasının zamanını azaltmağa imkan verəcək və rəqabət qabiliyyətli tarif sistemini təmin edəcək".