Cümə axşamı günü, 22 oktyabr 2026
     

Azərbaycan Almaniya investisiyalarının cəlb edilməsində maraqlıdır - MÜSAHİBƏ

Image


Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənovun Trend-ə müsahibəsi

- Azərbaycan və Almaniya arasında əmtəə dövriyyəsinin strukturu necədir və ölkələr ikitərəfli əmtəə dövriyyəsi və onun şaxələndirilməsində daha yüksək nəticəyə nə qədər tez çata bilərlər?

- Azərbaycan və Almaniya arasında münasibətlərin böyük tarixi var. Bilirsiniz ki, təxminən 200 il bundan əvvəl almanlar Vürtemberq əyalətindən Azərbaycana pənah gətiriblər və demək olar ki, elə həmin dövrdən münasibətlərimizin tarixi başlayıb. Almanlar ölkəmizdə çox qonaqpərvər şəkildə qəbul olunublar, ölkəmizdə onların öz adət-ənənələrini, mədəniyyətlərini yaşatmalarına şərait yaradılıb.

Hazırda Azərbaycan və Almaniya arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və bütün sahələrdə münasibətlər gündən-günə dərinləşir.

Təbii ki, iqtisadi əməkdaşlıq da prioritet məsələlərdən biridir və bu sahədə də münasibətlər inkişaf edir. İqtisadi sahədə daha yüksək əməkdaşlıq potensialı mövcuddur, lakin bu potensialdan hələ tam istifadə olunmayıb. Ona görə də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Əsas məqsədimiz Almaniyanın İKT, nanotexnologiya, sənaye sahələri üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya və texnologiya tutumlu məhsulların idxal edilməsidir.

Prioritet sahələrdən biri də Almaniyadan ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Almanlar dünyada ən çox səyahət edən xalqlardan hesab olunurlar. Bu baxımdan da turizm sahəsində əməkdaşlıq bizim üçün çox vacibdir. 2016-cı ildə Azərbaycana gəlmiş əcnəbi turistlərin təqribən 13 min nəfəri Almaniya vətəndaşı olub və biz bu rəqəmin cari ildə 14 500-ə çatacağını gözləyirik. Eyni zamanda, Azərbaycanın kənd təsərrüfatı, eko, tibbi və mədəni turizm potensialı ölkəmizə alman turistlərin axınını dəfələrlə artıra bilər və bu sahədə də işlərimiz davam etdirilir.

- Almaniyada azərbaycanlı investorlar üçün hansı potensialı görürsünüz? İqtisadiyyatın hansı sahələri əməkdaşlıq üçün daha cəlbedicidir?

- İki ölkə arasında iqtisadiyyatın demək olar ki, bütün sahələrində əməkdaşlıq əlaqələri mövcuddur və 2016-cı ildə ümumi ticarət dövriyyəsi təxminən 2 milyard avro təşkil edib.

Almaniya ilə əmtəə dövriyyəsi 2017-ci ilin yanvar-iyun aylarında 715 milyon avro təşkil edib ki, bundan 577 milyon avro bu ölkəyə ixracın payına düşüb. Azərbaycan ixracında əsas payı neft və neft məhsulları təşkil edir.

Azərbaycan Almaniyanın xam neft idxal etdiyi ölkələr arasında 5-ci yeri tutur. Təbii ki, biz Federativ Respublikanı qeyri-neft məhsullarımız üçün strateji bazar hesab edirik və bu müstəvidə ölkəmizdən Almaniyaya müxtəlif kənd təsərrüfatı və digər məhsullar ixrac edilir.

Almaniyada məhsulların insan sağlamlığı üçün faydalılığına da böyük önəm verilir və bu baxımdan Azərbaycandan bu ölkəyə idxal olunan nar məhsulları alman istehlakçılar tərəfindən məmnuniyyətlə alınır. Eyni zamanda, Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, avadanlıqlar, həmçinin kənd təsərrüfatı məhsulları idxal edilir.

Ümumilikdə, Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin statistikasına görə, 2017-ci ilin birinci yarısında Cənubi Qafqaz ölkələri ilə Almaniya arasında ümumi ticarət dövriyyəsinin 70%-dən çoxu Azərbaycanın payına düşür. Bu imkanları daha da artırmaq üçün səfirlik tərəfindən də davamlı işlər aparılır və əsasən, qeyri-neft məhsullarımızın ixracı məqsədilə Azərbaycan şirkətləri üçün müxtəlif imkanların yaradılması istiqamətində təşviqat işləri aparırıq və bu baxımdan yerli şirkətlərimizin Almaniyada keçirilən beynəlxalq ticarət sərgilərində iştirakı, öz məhsullarını nümayiş etdirməsi, eləcə də “Made in Azerbaijan” brendinin təşviqi daim diqqət mərkəzindədir.

Əlbəttə ki, Almaniyadan da iqtisadiyyat sahəsinin nümayəndələrinin Azərbaycana səfərləri mütəmadi həyata keçirilir və bu səfərlər çərçivəsində aparılan müzakirələr, onların sonradan reallaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin artmasına xidmət edir.

Qarşılıqlı olaraq həm Azərbaycanın bir neçə şirkəti Almaniyada fəaliyyət göstərir, həm də Almaniyanın Azərbaycanda çalışan şirkətləri var. Azərbaycandakı Almaniya şirkətlərinin sayı 170-ə yaxındır. Bundan başqa, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir ki, bu da Almaniyanın bütün MDB məkanında ikinci belə qurumudur. Bu, Almaniya tərəfindən ölkəmizə verilən önəmin, iqtisadi sahədə əməkdaşlığın bir göstəricisidir.

Son 20 il ərzində Almaniya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən yarım milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiya yatırılıb.

Azərbaycan şirkətləri də Almaniyada öz bizneslərini genişləndirməkdə davam edirlər. Ümumilikdə, Almaniyanın Avropada məşhur turizm təyinatlı ölkə olduğunu əsas götürsək, bu ölkədə mehmanxana biznesi, restoran və digər xidmət sahələrinə sərmayə yatırılması, eləcə də Almaniyada sosial evlərə mövcud tələbatdan irəli gələrək bu sahədə fəaliyyət göstərilməsi Azərbaycan investorları tərəfindən nəzərdən keçirilə bilər. Bununla yanaşı, yaxın gələcəkdə Almaniyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalında maraqlı olduğunu nəzərə alsaq, Almaniya bazarına nar məhsulları, şərablar, çərəzlər, quru meyvələr, çaylar və digər məhsulların ixracı perspektivdə daha da yüksələcək.

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun iclasları çərçivəsində iqtisadi əməkdaşlığın perspektivləri və konkret layihələrə baxılır. İşçi Qrupunun son iclası ötən il Bakıda baş tutub, rotasiyaya əsasən növbəti toplantı 2017-ci ilin noyabrında Berlində keçiriləcək. Hazırda iclasın gündəliyi üzərində iş aparılır.

- İki ölkə arasında müqavilə-hüquq bazasının yenilənməsinə ehtiyac varmı?

- İki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edən müqavilə-hüquq bazası yaradılıb. Bu sahənin mütəmadi olaraq yenilənmə və təkmilləşdirmə tələb etdiyini nəzərə alsaq, onlar üzərində iş daim aparılır. Hazırda bir sıra saziş layihələri müzakirə mərhələsindədir.

- Almaniya şirkətləri Azərbaycanda yaradılan azad ticarət zonası və sənaye parklarına maraq göstərirlərmi?

- Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi tədbirləri sayəsində ölkənin xarici sərmayə yatırılması baxımından cəlbediciliyi durmadan artır və təbii ki, bu, alman sərmayəçilər tərəfindən də maraqla qarşılanır. Bu mənada, Azərbaycanda yaradılmış sənaye parkları və ölkəmizdəki investisiya mühiti barədə səfirlik tərəfindən Almaniyanın müvafiq qurumlarına daim məlumatlar verilir və danışıqlarımızın əsas mövzularından biri kimi nəzərdən keçirilir.

Bizdə olan məlumata görə, Almaniyanın hökumət və bir çox biznes dairələri də Azərbaycandakı son islahatlar çərçivəsində yaradılan bu şəraitlə yaxından maraqlanırlar və artıq bir neçə nümayəndə heyəti Azərbaycanda olub. Biz yaxın gələcəkdə reallaşacaq növbəti səfər üzərində işləyirik. Almaniyada iqtisadiyyat sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərlərinin də daxil olacağı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində sənaye parkları və azad ticarət zonası ilə bağlı danışıqların aparılması da nəzərdə tutulur. Düşünürəm ki, Almaniya, o cümlədən alman şirkətləri tərəfindən bu sahəyə maraq getdikcə daha da artacaq.

- Almaniyanın Avropa bazarlarına təbii qaz tədarükü üzrə yeni marşruta - “Cənub Qaz Dəhlizi”nə qoşulması gözlənilirmi? Almaniya bu marşrut üzrə hansı həcmdə qaz alışını nəzərdə tutur? Almaniyanın maliyyə institutlarının bu layihənin maliyyələşdirilməsinə maraqları varmı?

- Təbii ki, “Cənub Qaz Dəhlizi” və Azərbaycanın qaz tədarükü sahəsində oynadığı rol Almaniya hökuməti tərəfindən çox yüksək qiymətləndirilir. Bu mənada, ölkəmiz tərəfindən həyata keçirilən transmilli enerji layihələri Azərbaycanın davamlı enerji siyasətinin tərkib hissəsi kimi Almaniyaya məlumdur. Azərbaycan “Cənub Qaz Dəhlizi”nin icraçısı və təminatçısı qismində çıxış edir və avropalı tərəfdaşlarımız, eləcə də Almaniya bilir ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə, eyni zamanda, enerji təminatının şaxələndirilməsinə böyük töhfə verəcək, yeni imkanlar yaradacaq. Bu baxımdan Almaniya da Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən layihələri dəstəkləyir, həmçinin “Cənub Qaz Dəhlizi” çərçivəsində qaz alışını nəzərdə tutur.

Almaniyanın E.ON (indiki “Uniper”) şirkəti “Şahdəniz” konsorsiumu ilə Azərbaycan qazının tədarükü üzrə 25 illik müqavilə imzalayıb. “Uniper” şirkəti hər il 1,5 milyard kubmetr Azərbaycan qazı alacaq. Bütün bunlar onu göstərir ki, Almaniya Azərbaycan təbii qazının Avropaya nəqlində çox maraqlıdır, hətta bu layihənin həyata keçirilməsində iştirak edir.

Almaniyanın maliyyə institutları da “Cənub Qaz Dəhlizi”nə maraq göstərirlər.

- Azərbaycan ölkənin logistik mərkəzə çevrilməsi məqsədilə bir sıra nəqliyyat layihələri həyata keçirir. Almaniya Azərbaycanın tranzit imkanlarından istifadə etməyə maraq göstərirmi?

- Almaniyada keçirdiyimiz görüşlər zamanı Azərbaycanın geniş tranzit nəqliyyat imkanlarının olduğunu daim bu ölkənin hökumət və biznes dairələrinin nümayəndələrinin diqqətinə çatdırırıq. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, bir sıra regional layihələrlə çıxış etməsi Almaniyada çox diqqətlə izlənilir. Həmin dəhlizlər vasitəsilə Şərqdən Qərbə, yaxud əks istiqamətdə daşımaların məsafəsinin qısalacağını nəzərə alsaq, yeni Bakı Beynəlxalq Ticarət Limanının tikilməsi, onun yeni imkanlar vəd etməsi, həm Avropa nəqliyyat dəhlizinin, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması bütün avropalı iş adamları üçün, o cümlədən Almaniya şirkətləri üçün maraqlıdır və alman iş adamlarının Azərbaycana səfərləri çərçivəsində, eləcə də bizim nümayəndələrimizin Avropaya səfərləri zamanı ən çox müzakirə olunan məsələlərdən biridir.

Bu ilin sonunadək Almaniyada Azərbaycanın logistik və nəqliyyat sahəsində imkanlarına həsr olunacaq biznes-forum keçirməyi də nəzərdə tuturuq. Düşünürəm ki, gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ