Sentyabrın 3-də gürcüstanda NATO-nun “Agile Spirit 2017” təlimləri start götürüb.
Baki-xeber.com-un xəbərinə görə, Ermənistan son anda təlimlərə qatılmaqdan imtina edib. Ermənistan müdafiə naziri Artsrun Ovannisyan qəfil qərarın səbəbini news.am saytına şərh etməkdən imtina edib. “Ermənistanın Müdafiə nazirliyi “Agile Spirit 2017” təlimlərində iştirakla bağlı zamanında qərar qəbul etmişdi. Son anda isə, təəssüf ki, iştirakdan imtina etdilər”- deyə gürcüstanın Müdafiə Nazirliyinin rəsmisi Qriqori Kacarava bildirib.
Hazırda təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, macaristan və Ukrayna iştirak edir. Ermənistana gəldikdə isə, İyulun 30-dan bu ölkə NATO təlimlərinə qoşulsa da, Qərblə bu “isinişmə” Rusiya rəhbərliyində ciddi narazılıq doğurmuşdu. Çox güman, son anda imtinanın köklərini də elə bu narazılıqda axtarmaq gərəkdir.