Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli rayonunun Alxanlı kəndində qəfil düşmən gülləsinə tuş gələrək həyatını itirən 2 yaşlı Zəhranın ölümünə duyğusal şeir həsr edib.
Baki-xeber.com-un xəbərinə görə. L.Əliyeva şeirini sosial mediada paylaşıb. “Zəhra haqqında xatirə” adlı şeirdə müəllif qanadlı mələk simasında təsvir edilən balaca Zəhradan dağları sevdiyini, şehli otlar üstündə ayaqyalın qaçdığını soruşur, “evimizə bu kədəri kim saldı” deyə fəryad edir...
Şeir, “ağrıdan ürək sıxılır, o heç vaxt dinən deyil” sözlərilə bitir.