Prezident İlham Əliyevin rəsmi facebook səhifəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində işğalçı Ermənistan ordusunun açdığı atəş nəticəsində həyatını itirmiş 2 yaşlı Zəhranın ölümünə etiraz olaraq üzərinə qan sıçramış oyuncaq ayı fotosu yerləşdirilib.
Baki-xeber.com xəbər verir ki, Prezidentin vəhşi olaya etirazı fotonun üzərində yer almış aşağıdakı kəlmələrdə əksini tapıb:”Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır...”
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.