“Biz ATƏT-in Minsk qrupunun bu səhərki bəyanatını dəstəkləyirik”. Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının nümayəndəsi ötən gün Ermənistan tərəfdən Füzulinin Alxanlı kəndinə edilən təcavüz nəticəsində 2 yaşlı Zəhra daxil olmaqla iki nəfərin ölümü və bir nəfərin yaralanması məsələsinə münasibət bildirərkən deyib.
Bildirilir ki, Aİ baş vermiş hadisənin qurbanlarının ailələrinə başsağlığı verir.
Məlumata əsasən, təmas xəttindəki gərginliklə bağlı iyunun 22-də Aİ bəyanat verib və bu bəyanat qüvvədə qalır.