Rusiya parlamentinin Rusiya–Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanln Füzuli rayonunda dinc sakinlərin işğalçı thvəyb ordusu tərəfindən öldürülməsini qətiyyətlə pisləyib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, “Böyük iyirmiliy”in sammiti ərəfəsində Qarabağ separatçılarının hərəkətini yalnız provokasiya adlandırmaq olar ki, bu addımla onlar hətta günahsız körpənin də ölümünə səbəb oldular. “Bu fakt dünya ictimaiyyəti tərəfindən qiymətini almalı və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik səylər artırılmalıdır. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə dayanılaraq Azərbaycanın ərazi bütövlüyü tez bir zamanda bərpa olunmalıdır”- Savelyev bildirib.