Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycanlı məcburi köçkünlərin problemi Fransa Senatında müzakirə olundu

Image


BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.  TEAS-dan APA-ya verilən məlumata görə, konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib.

Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Konfransa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla, 50-dən çox iştirakçı qatılıb.

Senator A. Reişar çıxışı zamanı bildirib ki, Azərbaycanda minlərlə insan Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşüb: “Bu gün ona görə əlamətdardır ki, azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir. ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəsilə sülhə nail olmaq üçün 20 ildən artıqdır ki, çalışmasına baxmayaraq, heç bir nəticə hasil olunmayıb. Fikrimcə, bu taleyüklü məsələ ilə beynəlxalq ictimaiyyət məşğul olmalıdır. 2016-cı ildə “Dördgünlük müharibə”dən sonra yeni “təmas xətti” çəkilib və Azərbaycanda işğal altında olan ərazilərin azad edilməsinə dair çoxlu çağırışlar səslənib. Lakin Azərbaycan hər zaman bəyan edib ki, məsələnin sülh yolu ilə həllinə tərəfdarıdır. ATƏT-in Minsk qrupu bu günə qədər məqsədlərinə nail olmayıb, biz yeni strategiyalar qəbul etməliyik. Ədalətli, danışıqlar vasitəsilə əldə edilmiş həll yolu əsasdır. Hər iki tərəfdən vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin yaranmasına dair yeni konsepsiyanın qəbulu məndə ümid yaradır”.

IRSE təşkilatının prezidenti Yamina Benguigui isə bəyan edib ki, rəhbərlik etdiyi qurumun məqsədi xalqlar arasında həmrəylik yaratmaqdır: “Hazırkı miqrasiya böhranına görə Qərbi Avropada qaçqın və məcburi köçkün məsələlərinə daha çox diqqət yetirilir. Həmçinin, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının probleminə də beynəlxalq nəzərlər artırılmalıdır, hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yeni platformasına lazımi dəstək verilməlidir. Bu, konstruktiv dialoq üçün yeni imkanlar yaradır. Biz mülki əhalinin doğma yurduna geri qayıtmasını tamamilə dəstəkləyirik, bu da insan hüquq və azadlıqlarının təməl prinsiplərindən biridir. Biz ümid qapılarını açmalıyıq”.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin isə çıxışı zamanı qeyd edib ki, dəfələrlə beynəlxalq səviyyədə Ermənistanın işğalçılıq siyasəti qınaq obyektinə çevrilib: “Bura həmçinin BMT Təhlükəsizlik Şurası, Avropa Parlamentinin qətnamələri və digər sənədlər də daxildir. Bugünkü konfransın başlıca məqsədi bir tərəfdən geosiyasi kontekstin və Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərin ifadələrini təqdim etməklə, bu insanlar haqqında obyektiv məlumatlılığın artırılmasına nail olmaqdır. Digər tərəfdən isə münaqişənin həm diplomatik nöqteyi-nəzərdən, həm də vətəndaş cəmiyyətinin fəallığı vasitəsi ilə ədalətli, sülh yolu ilə həlli üçün imkanlarını nəzərdən keçirməkdir”.

Ermənistanın təcavüzünün miqyasını nümayiş etdirən Azərbaycan xəritəsi fonunda çıxış edən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov isə deyib ki, Cənubi Qafqazda məcburi köçkün məsələsinin həll edilməsi həm Ermənistan, həm də Azərbaycanın marağındadır. “Bu, Sovet İttifaqının süqutu zamanı yaranan unudulmuş münaqişədir. Hər həftə təmas xəttində əsgərlər öldürülür. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı qətliamı ilə 1944-cü ildə II Dünya Müharibəsi zamanı nasistlərin Oradour-sur-Glane əhalisinə qarşı törətdiyi qırğın arasında oxşar cəhətlər var. Erməni işğalına hüquqi qiymət BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində öz əksini tapıb. Biz ölkələr arasında münasibətlərin normallaşmasına nail olmalıyıq və bu, münaqişənin həllinə doğru böyük bir addım olacaq. Lakin Ermənistan hökumətinin məsələyə qeyri-konstruktiv yanaşması və ATƏT-in Minsk qrupunun səmərəsizliyi danışıqlar prosesinə  öz neqativ təsirini göstərir. Ümidvaram ki, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun rəhbərliyi altında yeni administrasiya bu işğalın bitməsinə nail olmaq üçün Fransanın səylərini artıracaq”.

Tədbir çərçivəsində rejissoru tanınmış amerikalı jurnalist Tomas Qoltsun olduğu “Offside” adlı sənədli film nümayiş olunub. Filmdə “Qarabağ” Futbol Klubu haqqında bəhs edilir. Bu komanda Ağdamda yerləşən doğma stadionu 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan ev oyunlarını doğma meydançasından kənarda keçirir. Filmin nümayişindən sonra fransalı taekvondo ustası Paskal Gentil idmanın gücü haqqında danışıb. O, bu yaxınlarda Parisdə qaçqınlar üçün keçirilmiş taekvondo müsabiqəsində iştirakından, idmanın insanların həmrəylik hissinə necə təsir göstərə biləcəyindən söhbət açıb. O, həmçinin, Azərbaycanın Sülh və İdman təşəbbüsündə iştirak potensialını yüksək qiymətləndirib. Bu təşəbbüs Monako Şahzadəsi II Albertin rəhbərliyi altında həyata keçirilir. Paskal Gentil bu təşkilatda Sülh naminə çempiondur.

Beynəlxalq Strateji Münasibətlər İnstitutunun (İRİS) tədqiqatçısı Samuel Karkanaq isə bildirib ki, bu münaqişə 24 ildir davam edir və Ermənistan kompromisə gəlmədiyinə görə beynəlxalq hüquq pozulur. “Dördgünlük müharibə” azərbaycanlıların evlərinə qayıtmaq həvəsini nümayiş etdirdi. Məsələ sülh yolu ilə həll edilməlidir. Buna nail olmaq üçün tərəflər arasında yeni dialoqun qurulması zəruridir”, - deyə o vurğulayıb.

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu məsələ Azərbaycan üçün bir nömrəli problemdir: “25 il ərzində Fransa və Azərbaycan arasında mükəmməl münasibətlər qurulub. Hazırda əhalinin onda bir hissəsi köçkündür və bunun Azərbaycana böyük iqtisadi təsiri olub. Dövlət Komitəsinin iki əsas vəzifəsi var: birincisi, köçkünlərin sosial şəraiti yaxşılaşdırmaq, ikincisi isə münaqişənin həllindən sonra əhalinin öz torpaqlarına qayıtması strategiyasının qurulmasıdır. Baxmayaraq ki, Avropa İttifaqı hazırda miqrasiyadan əziyyət çəkir. Azərbaycanın köçkün probleminin xüsusi xarakteri hələ də geniş şəkildə anlaşılmır. Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox işlər görülüb və 250 min insan evlə təmin olunub. Lakin 400 min insan hələ də çox ağır şəraitdə yaşayır”.

Azərbaycan parlamentinin üzvü və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə tərəflərin bir araya gətirilməsi məqsədi daşıyan yeni təşəbbüs olan Azərbaycan və Ermənistan arasında Sülh naminə Platformasının həmtəsisçisi Rövşən Rzayev isə bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni həmkarları ilə dialoqun qurulmasını dəstəkləyir və məsələnin sülh yolu ilə həllini istəyir: “Yeni dialoq olmalıdır. Lakin Ermənistan tərəfi yeni Sülh Platformasının həyata keçirilməsi işinə dəstək vermək əvəzinə, müxtəlif əngəllər törətməklə məşğuldur. Ermənistan tərəfindən Sülh Platformasına dair bir dəfə də olsa, müsbət cavab alınmayıb. Bu zaman isə hər gün təmas xəttində gənclər öldürülür. Bizim məqsədimiz sülh mesajı göndərməkdir”.

Səfir, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Bernard Fassier isə bildirib ki, ATƏT-in Minsk qrupu 20 ildən artıqdır tərəflər arasında vasitəçilik missiyasını həyata keçirir. “Danışıqları canlandırmaq üçün yeni qüvvə lazımdır. Madrid prinsipləri 2009-cu ildə müzakirəyə çıxarılıb və rəsmi Bakı buna razılıq verib. Lakin rəsmi İrəvan “yox” deyib. Ermənistan davamlı olaraq Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edir. Lakin unudur ki, bu işğal edilmiş ərazilərdir. Biz ikinci müharibəyə yol verməməliyik. Beynəlxalq ictimaiyyət qeyri-müəyyən şəkildə “status-kvo”nu qəbul etməməlidir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ