Baş prokurorun Lənkəran şəhərində keçirəcəyi qəbulun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşlar üçün iyunun 30-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilərək iyunun 29-da saat 10-a təyin edilib.
Qəbul Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək.