Azərbaycanda yerli istehsal “Zərbə-5” pilotsuz uçan aparatın sınaq uçuşları başa çatıb.
Baki-xeber.com-un xəbərinə görə, 1 tona yaxın yük daşıya biləcək yeni istehsal PUA-nın çəkisi 5300 kq, uzunluğu 14 m, hündürlüyü 3 m, qanad genişliyi 26 m-dir. PUA-lar hər biri 180 kq çəkidə olan lazer hədəfli 4 SVN-380 “hava-yer” raketi ilə təchiz olunub.
Qeyd edək ki, “Zərbə-5” PUA-ları İsrailin texnoloji lisenziyası ilə Azərbaycan Müdafiə Nazirliyinə məxsus zavodlardan birində istehsal olunub.