Beynəlxalq Avrasiya Mətbuat Fondu ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Bərdə, Tərtər və Ağdam rayonlarının məcburi köçkün icmalarının gəncləri arasında "Regionlarda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda İştirakının dəstəklənməsi" layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində məcburi köçkün gənclərinin layihə haqqında məlumatlılığının artırılması və layihəyə gənclərin cəlb olunması məqsədilə Bərdə, Tərtər və Ağdam rayonlarının məcburi köçkün icmalarında rayonun icra strukturlarının dəstəyilə maarifləndirmə işləri aparılıb və təlimlərdə iştirak edəcək gənclər seçilib. Hər üç hədəf rayonunda ümumilikdə 200 nəfər məcburi köçkün gəncə fərdi inkişaf və neyro-linqvistik proqramlaşdırma təlimləri keçilib. Təlimlər qeyri formal təhsil metodu əsasında aparılıb. Maraqlı təqdimatlar və oyunlar vasitəsilə gənclər qrup işlərində öyrəndiklərini tətbiq ediblər. Layihənin icra planına əsasən may ayı ərzində multimedia və layihələrin idarə olunması, icmalar üçün fond axtarışı təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Baki-xeber.com