Bazar günü günü, 25 oktyabr 2026
     

Yasamal İcra Hakimiyyəti “Sovetski”nin söküntüsü və “Hacı Cavad” məscidi ilə bağlı məsələyə aydınlıq gətirdi

Image


Yasamal rayon İcra Hakimiyyəti Bakının “Sovetski” adlanan məhəlləsinin söküntüsü, bu ərazidə aparılan quruculuq işləri, “Hacı Cavad” məscidi ilə bağlı proseslərə aydınlıq gətirib. Yasamal rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu yaşayış massivi uzun illər əvvəl salınıb, istismar müddətini artıq tam başa vurub.

Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmır. Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin Baş Planının icrasının təmin edilməsi, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013-cü tarixli “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası məqsədilə 10 yanvar 2014-cü il tarixindən Yasamal rayonundakı “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin vətəndaşlardan mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi ilə alınmasına başlanıb.

“Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmayıb. Dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda ikiotaqlı, tam təmirli mənzillərlə təmin olunublar. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə böyükdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarımçıq binalarda yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Sovetski” adlanan ərazidə yol infrastrukturunun yaradılması, ərazidə həyata keçirilən işləri xüsusi qeyd edib. Prezident vurğuladı ki, onilliklər ərzində o zonada layihəni icra etmək mümkün olmayıb və biz artıq buna nail olduq. Hesab edirik ki, bu, ölkə rəhbərliyi tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin “Sovetski” adlanan ərazidə həyata keçirdiyi işlərə çox böyük önəm verdiyini və əhəmiyyətini göstərir. Bakı şəhərinin Baş Planına əsasən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 8769 ünvanda ölçü işləri aparılıb, 3950 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunub və vəsait ödənilib. 3940 daşınmaz əmlak sökülərək ərazi təmizlənib. Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 533 nömrəli Qərarına əsasən Nəriman Nərimanov prospektinin yuxarı hissəsində Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin arasında 35,  Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov və Fuad İbrahimbəyov küçələrinin arasında 150 daşınmaz əmlakın satınalınması və köçürmə işlərinə başlanılıb.

Yasamal rayon İcra Hakimiyyəti nəzərə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır”.

Aprelin 12-də “Sovetski” ərazisindəki söküntüyə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı gündəmə gələn məsələyə gəlincə, Yasamal rayon İcra Hakimiyyəti qeyd edib ki, həmin tikili nəinki Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də məscid kimi icması qeydiyyatdan keçməyib: “Məscidin  içərisinə daxil olan hər kəs bu tikilinin nə qədər köhnə, yararsız, antisanitar vəziyyətdə olduğunun şahidi olur. Lakin orada ibadət edən dindarlar məscidin söküntüsünə etiraz etdilər. Bu məsələ ölkə rəhbərinin birbaşa nəzarətinə götürüldü. Dövlət başçısının tapşırığı ilə “Hacı Cavad” məscidinin söküntüsü dayandırıldı. Mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiya işə başlayıb. Prezidentin tapşırığını aldıqdan sonra yeni məscidin inşasına başlanacaq. Bakının “Sovetski” adlanan ərazisinin sakinləri Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edərək öz təşəkkürlərini bildirdilər. Aprelin 12-də söküntü ərazisinə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələnin yüksək səviyyədə həll olması nəticəsində “Sovetski” sakinlərinin narahatlığına son qoyulması hamı kimi bizi də çox sevindirdi. Lakin həmin vaxtdan bu günə qədər bəzi mətbuat orqanlarında Yasamal rayon İcra Hakimiyyətinin əleyhinə bəzi haqsız yazılar dərc olunur və nəticədə bu hal bizi çox məyus edir”.

Yasamal rayon İcra Hakimiyyəti bildirir ki, “Haci Cavad” məscidinin  sökülməsi məsələsi ilə bağlı aprelin 12-də hadisə yerinə gələn Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bir neçə icma nümayəndəsi ilə danışmaq üçün kənara çəkilir: “Bu zaman mövcud vəziyyətlə bağlı açıqlama almaq istəyən və özünü müstəqil jurnalist adlandıran Fərqanə Novruzova öz foto-kamerası ilə icra başçısına dəfələrlə yaxınlaşır. İcra başçısı həmin jurnalistə açıqlamanı sonra verə biləcəyini, hazırda isə xidməti vəzifəsini yerinə yetirdiyini və icma üzvləri ilə görüşün daha vacib olduğunu nə qədər çatdırmaq istəsə də, F. Novruzova icra başçısını eşitmirmiş kimi davranır. Ölkəmizdə kifayət qədər öz peşəsini mükəmməl bilən, qələmi ilə ölkəsinə, millətinə layiqincə xidmət edən mətbuat nümayəndəsi var. Biz həmin savadlı, bacarıqlı, əsil jurnalistlərə buradan səslənirik. Jurnalistin bu hərəkətinə haqq qazandırmaq olarmı? Həmin hadisə baş verən zaman icra başçısını vəzifəli şəxs kimi yox, sadə vətəndaş kimi düşünsəniz, həmçinin bir anlıq özünüzü İ. Mehdiyevin yerinə qoysanız və sizə qarşı həmin kobud davranışı, etika qaydalarını pozan “müxbir”lə qarşılaşsanız, nə edərdiniz? Əslində icra başçısına əvvəlcədən yaxınlaşan jurnalist Fərqanə Novruzova: (həmin an foto-kamerasını işə salmamışdır) “İbrahim müəllim, “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı açıqlama verərdiniz” deyir. İ. Mehdiyev cavabında “ay xanım, bu barədə ətraflı məlumatı birazdan, icma üzvləri ilə görüşəndən sonra siz jurnalistlər vasitəsilə ictimaiyyətə açıqlayacağıq, imkan verin ölkə rəhbərinin tapşırığını yerinə yetirim” deyir. Həqiqətən də, icma üzvləri ilə görüşdən sonra təqribən 10 nəfər jurnalistə ölkə rəhbərinin tapşırığı ilə bağlı açıqlamanı verir. F.Novruzova isə elə bu an foto-kamerasını işə salır və icra başçısına “gör indi neynəyəcəm” deyib çəkilişə başlayır və ardından məlum olan video çəkiliş “baş tutur”. Sonra həmin  çəkilişdən də aydın görünür ki, “müxbir” Fərqanə Novruzova verdiyi suala İbrahim Mehdiyevin cavabı belə olur: “həmin məscid sökülmür, vəziyyət onların xeyrinədir”. Bu sözləri icra başçısı icma üzvləri ilə yolu birgə gedə-gedə üzünü müxbirə çevirib deyir. Əgər jurnalist doğurdan da məscidin sökülməsinə etiraz edən dindarların bu məsələ ilə bağlı problemlərini  işıqlandırmaq və onlara mətbuat dəstəyini göstərmək niyyətindədirsə, icra başçısının verdiyi cavabdan niyə qane olmur? Hər bir vətəndaş ilk növbədə hissiyatlı və şüurlu insandır, bir şəxsiyyətdir. Həmin gün “Hacı Cavad” məscidinin ətrafında toplaşmış insanların, dindarların etirazı bizi və bütün ölkəni narahat edirdi. Həmin məsciddə ibadət edən vətəndaşlarımızın narahatlığını aradan qaldırmaq, onları sakitləşdirmək  hamımızın həm insani, həm də vəzifə borcumuzdur. Həmin gün yaranmış bu gərgin vəziyyətdə ölkə rəhbərinin tapşırığına əsasən “Hacı Cavad” məscidinin sökülməsinin dayandırılması ilə bağlı icma nümayəndələri ilə görüşə tələsən və bu görüşün nəticəsi olaraq vəziyyətin sabitləşəcəyinə əmin olan icra başçısı “xüsusi hazırlanmış müxbir”in  yersiz, kobud və etikadan kənar fəaliyyəti  ilə qarşılaşır və nəticədə də bəzi mətbuat orqanları “Yasamal İH başçısı İbrahim Mehdiyev jurnalist xanımın kamerasına sillə vurur” başlığı altında yazılar dərc edir. Bizi məyus edən odur ki, bu xəbərə haqsız şəkildə reaksiya verən, hətta  həmin “müxbir”ə “dəstək” olan özünü media eksperti adlandıran və bəzi ziyalı yazarlarımız da oldu. Ancaq  yenə də biz icra hakimiyyəti olaraq  həmişə olduğu kimi, bundan sonra da mətbuat nümayəndələrinə, özünə, qələminə hörmət edən, peşəsinə vicdanla yanaşan  jurnalistlərlə əməkdaşlıq etməyə davam edəcəyik. Fərqanə Novruzova və onun təmsil etdiyi mətbuat orqanı bu çəkilişlə 54 ildir ki, dövlətinə, millətinə vicdanla xidmət edən, 10 ildir ki, Yasamal rayonu sakinləri qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıyan, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə gecə-gündüz çalışan icra başçısını nüfuzdan salmaq, onu guya ki, mətbuat nümayəndələrinə qarşı düzgün rəftar etməməkdə günahlandırmaq, eləcə də kimlərdəsə  ölkədə din və söz azadlığına qarşı çıxmaq kimi fikir yaratmaq  idisə, onların bu niyyətlərinə çata bilmədiklərini əminliklə deyə bilərik. Düşünürük ki, müstəqil jurnalist Fərqanə Novruzovanın yaratdığı bu cür vəziyyət ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Bunun üçün isə mətbuat orqanları mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməlidir. Bu tələb Mətbuat Şurasının “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə əksini tapıb.

Son 14 ildə ölkəmiz hər bir xalqın fəxr edə biləcəyi inkişaf yolu keçib. Azərbaycanın inkişaf modeli dünyanın aparıcı iqtisadi, siyasi mərkəzləri, ölkəmizə səfər edən xarici dövlət və hökumət başçıları, rəsmi şəxslər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin və onun komandasının məqsədyönlü, milli maraqlara hesablanmış praqmatik siyasətinin nəticəsində mümkün olub. Hesab edirik ki, Azərbaycanın KİV-ləri ölkədə görülən işləri, prezidentin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar. Ümummilli lider Heydər Əliyevin "Əkinçi" qəzetinin 125 illiyi münasibətilə jurnalistlərlə görüşündən qızıla bərabər bir fikrini də xatırlatmaq istərdik: “mənim jurnalistikaya hörmətimə, ehtiramıma şübhəniz olmasın. Hesab edirəm ki, hətta qatı yalan yazan da jurnalistdir”. O deyirdi: "Azərbaycanda belə bir məsəl var: zaman hər şeyi saf-çürük edəcəkdir". Kim bu imtahandan çıxsa, o, hörmətli insan, jurnalist olacaq, bu sınaqdan çıxmayanlar isə, yəqin ki, özlərinə başqa peşə axtarmalı olacaqlar".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ